"Bu, Rusiyaya güclü siqnaldır"


Dünya 24 İyn 2022 07:07:00 133 0

"Bu, Rusiyaya güclü siqnaldır"

Ukraynaya Avropa İttifaqı üzvlüyünə namizəd statusunun verilməsi Rusiya üçün güclü siqnaldır.

Son.az "report"a istinadən xəbər verir ki, bu barədə Fransa Prezidenti Emmanuel Makron Aİ liderlərinin sammitindən sonra bildirib.

Makron, həmçinin vurğulayıb ki, düzgün siyasi jest bu gün güclü və vahid Avropa tərəfindən edilib.

"Bu, uzun bir yol olacaq, tələbkar olacaq. Ukrayna, Moldova və Gürcüstanın Avropaya inteqrasiya proseslərində sürətlə hərəkət etmək üçün hər şey var", - Fransa lideri əlavə edib.