Keçmiş arvadı Şvartsenegerin sərvətinin yarısını aldı FOTO
Şou-biznes 24 İyn 2022 04:22:00 116 0
Mariya Şrayver dünya şöhrətli aktyor Arnold Şvartsenegerdən boşandıqdan sonra pensiya yığımı da daxil olmaqla gəlirinin yarısını alıb.
Bu xəbəri də oxu: Kişilər özlərini necə ələ verir?
Son.az bizim.media-ya istinadən xəbər verir ki, aktyorun 66 yaşlı keçmiş həyat yoldaşı məhkəmə qərarı ilə 74 yaşlı Şvartsenegerlə birlikdə yaşadıqları müddətdə qazandığı pulun yarısını almaq hüququnu əldə edib. Keçmiş Kaliforniya qubernatoru Arnold Şvartseneger və Mariya Şrayver 2021-ci ildə ayrıldıqdan 10 il sonra rəsmi olaraq boşanıblar. Keçmiş aşiqlərin boşanması dəyəri 400 milyon dollar olan və birgə əldə edilən əmlakın bölünməsindəki çətinliklər səbəbindən gecikmişdi. Belə ki, Şvartsenegerin evində çalışan Mildred Baenadan qeyri-qanuni övladı olub. Bu informasiya üzə çıxdıqdan sonra Mariya Şrayver 2011-ci ildə boşanmaq üçün məhkəməyə müraciət edib. Aktyorun özü də boşandıqdan sonra xəyanəti "həyatdakı ən böyük səhv" adlandırıb və "heç bir bəhanəsi ola bilməyəcəyini" deyib və keçmiş həyat yoldaşından üzr istəyib. Ev işçisi Cozef Baenadan olan qeyri-qanuni oğlunu aktyor tanıyır və onunla münasibət saxlayır. Ayrıldıqdan sonra cütlük dostluq münasibəti qurmağı bacarıb. Qeyd edək ki, Arnold Şvartseneger və Mariya Şrayver 1986-cı ildə evləniblər. Keçmiş cütlüyün bu evlilikdən dörd övladı var: oğulları Patrik və Kristofer və qızları Ketrin və Kristina.
58 yaşlı aktyor Bred Pitt GQ-nin üz qabığına çəkilərək pərəstişkarl

Türkiyəli aktrisa Hande Erçel sosial şəbəkədə çimərlik geyimində fot

İkitərəfli münasibətlərdə bəzi insanlara nə desəniz də. Hər cümlən

Milli.Az dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope"

Bu gün axşam saatlarında Gəndob-Yalama yolunda yol-nəqliyyat hadisəsi baş

Qonağı mənizlin qapısına qədər ötürmək İslam əxlaqındandır. Bu yol

Şəmkir rayonunda piyadanın ağır xəsarət alması ilə nəticələnən yol-

Türkiyənin Marmaris bölgəsindəki meşə yanğınını törətməkdə şübh

Bu gecə bir də 18 il sonra görünəcək nadir astronomik hadisə olacaq

Ankara, İrəvan, Tehran və Bakı... Lavrovun çantasında bizə nələr gətir

Ağ Ev Minsk Qrupunu Rusiyanın əliylə "dəfn" etdi, rəsmi İrəvan

Alimlərdən ibarət olan beynəlxalq bir araşdırma qrupunun European Heart Jo

Litva Prezidenti Gitanas Nauseda Avropa İttifaqının Moskvaya qarşı yeni san
