"Mədə nevrozu" nədir?


Digərləri 23 İyn 2022 21:05:00 121 0

"Mədə nevrozu" nədir?

İrritabl bağırsaq sindromu (İBS) dünya səviyyəsində 6-18% insanlarda rast gəlinir. Bu vəziyyət  bağırsaqların boşaldılması tezliyi və nəcisin dəyişiklikləri və qarının aşağı nahiyəsində olan ağrıları əhatə edir. 

Diyeta, stress, yuxusuzluq və bağırsağın normal florasını təskil edən bakteriyalardakı dəyişikliklər bu şikayətləri stimullaşdıra bilər. Bununla yanaşı tətikləyicilər hər bir şəxs üçün fərqlidir. 

Əsas əlamətləri aşağıdakılardır:

1. Ağrı və kramplar

Qarın ağrısı ən çox rast gəlinən simptomdur və diaqnozun qoyulmasında önəmli faktordur.

Normal vəziyyətdə bağırsaqlarımız və beynimiz həzmi idarə etmək üçün birlikdə işləyir. Bu bağırsaglarımızda yaşayan lazımlı bakteriyaların ifraz etdiyi maddələr, sinirlər və siqnallar vasitəsilə baş verir.

İrritabl bağırsaq sindromunda siqnallar təhrif olunur və həzm traktının əzələlərində idarə olunmayan və ağrılı gərginliyə səbəb olur. Bu ağrı adətən qarının aşağı hissəsində və ya bütün qarın nahiyəsində yayıla bilər, lakin yalniz yuxarı qarın nahiyəsində olma ehtimalı azdır. Ağrı adətən bağırsaq boşaldıqdan sonra azalır.

Pəhriz ağrı və digər simptomları yaxşılaşdıra bilər. Digər müalicələrə nanə yağı, koqnitiv davranış terapiyası və hipnoterapiyanı göstərmək olar. Sadaladığımız vasitələrə cavab verməyən ağrı zamanı mütəxəssisə müraciət etmək lazımdır.

2. İshal

İshalın üstünlük təşkil etdiyi irritabl bağırsaq sindromunun üç əsas növündən biridir. İBS olan xəstələrin təxminən üçdə birində rast gəlinir.

Aparılan araşdırmalar nəticəsində məlum olmuşdur ki, ishalın üstünlüyü olan İBS-li insanlar digərlərindən 2 dəfə daha çox, yəni həftədə 12 dəfə defekasiya aktı yerinə yetirirlər.

İBS-lə sürətlənmiş bağırsaq möhtəviyyatının bağırsaqda hərəkəti də, ani bağırsaq boşalmalarına səbəb olur. Bəzi xəstələr üçün bu əhəmiyyətli stress mənbəyidir. Qəfil ishalın baş verməsindən qorxaraq  sosial aktivlilərindən  çəkinirlər. 

Bundan başqa ishalın üstünlük təşkil etdiyi nəcis boş və sulu olur, həmçinin tərkibində selik ola bilər.

3.Qəbizlik

Qəbizliyin üstünlük təşkil etdiyi İBS ən çox yayılmış tipdir və İBS olan insanların təxminən 50%-ni təşkil edir.

Beyin və bağırsaq arasındakı əlaqənin pozulması nəcisin normal hərəkət sürətini yavaşlada və sürətləndirə bilər. Müddət yavaşladıqda nəcisin tərkibindəki maye bağırsaq tərəfindən sorulur və onun sürətini daha da azaldır. Əgər həftədə 3 dəfədən az defekasiya akri olarsa qəbizlik olduğunu düşünmək lazımdır.

Funksiyanal dediyimiz bu qəbizlik xroniki qəbizliyə bənzəyir, lakin burada altda hər hansı orqanık səbəb olmur. Bu İBS ilə əlaqəli deyil və cox yayılmışdır. Funksiyanal qəbizlik İBS-dən ümumiyyətlə ağrılı olmaması ilə fərqlənir. Bunun əksinə olaraq İBS-dəki qəbizlik bağırsağın boşaldılması ilə  yüngülləşən qarın ağrısıyla birlikdə olur. İBS-dəki qəbizlik də çox zaman bir bağırsaq boşaldılması istəyi  hissinə səbəb olur. 

İBS üçün olan müalicələrlə yanaşı idman hərəkətləri etmək, daha çox su içmək, lifli qidalardan istifadə etmək, probiotik qəbul etmək köməklik göstərir.

4.Qəbizlik və ishal 

Qarışıq forma adlanan bu forma İBS olan xəstələrin 20%-də rast gəlinir. İBS-də ishal və qəbizlik xroniki, tekrarlana qarın ağrısı ilə birlikdə olur. Qarışıq forma İBS-də simptomlar şəxsdən-şəxsə dəyişir. 

5. Nəcis ifrazının tezliyindəki dəyişikliklər

Bağırsaqda asta hərəkət edən nəcis kütləsindən mayenin bağırsaq tərəfindən sorulması səbəbilə susuz qalır. Nəticədə qəbizliyin simptomlarını şiddətləndirən sərt nəcis əmələ gətirir.

Nəcisin bağırsaqdan sürətli hərəkəti mayenin əmilməsi üçün zamannın azlığı səbəbilə duru nəcis  yaranır.

Bundan başqa İBS-də nəcisdə seliyə də rast gəlinir. Nəcisdə qan, ciddi bir xəstəliyin əlaməti ola bilər. Bu zaman qan al-qırmızı ola bilər, lakin çox zaman tünd və ya qatran rəngində olur.