İlham Əliyev: "Müttəfiqlik Qarşılıqlı Fəaliyyəti haqqında Bəyannamə əlaqələrimizin inkişaf yollarını müəyyən edəcək"
Siyasət 23 İyn 2022 21:22:00 93 0
"Müttəfiqlik Qarşılıqlı Fəaliyyəti haqqında Bəyannamə bizim ikitərəfli münasibətlərdə çox mühüm addımdır və artıq dediyim kimi o, bizim əlaqələrimizin inkişaf yollarını müəyyən edəcək".
Bu xəbəri də oxu: Yalçın Topçu Azərbaycanı təbrik edib
"Report" xəbər verir ki, bu fikirləri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 23-də Rusiya Federasiyasının xarici işlər naziri Sergey Lavrovla görüşündə deyib.
"Bu ilin əvvəlində Moskvada Müttəfiqlik Qarşılıqlı Fəaliyyəti haqqında Bəyannamənin imzalanması bizim münasibətlərə, münasibətlərimizin yeni mərhələsinə yaxşı start, belə müsbət ahəng, dinamika verdi. Hesab edirəm ki, bizim münasibətlərimizin gələcək inkişafı üçün bu əsas sənəd çoxillik, çox səmərəli əməkdaşlığın gözəl yekunudur. Bəyannamənin müddəalarının implementasiyası çərçivəsində artıq xeyli iş görülüb. Əminəm ki, sizin səfəriniz çərçivəsində bu istiqamətdə yeni addımlar atılacaq. Əlamətdar haldır ki, diplomatik münasibətlərin yaradılmasının 30-cu ilində biz görülmüş bütün işlərə müəyyən mənada yekun vurduq və dostluq, mehriban qonşuluq münasibətlərinin inkişafının sonrakı istiqamətlərini müəyyən etdik.
Bizim münasibətlər haqqında çox danışmaq olar. Sizinlə bu mövzuda dəfələrlə fikir mübadiləsi aparmışıq. Siyasi münasibətlərin, ali səviyyədə daimi dialoqun, bu il yaxşı dinamika nümayiş etdirən ticari-iqtisadi əlaqələrin, nəqliyyat, energetika sahələrində, təbii ki, humanitar sahədə əməkdaşlığın inkişafından məmnun olduğumu bir daha bildirmək istərdim. Yəni, bizdə sıx qarşılıqlı fəaliyyətin olmadığı sahələri göstərmək daha asandır", - Prezident vurğulayıb.
"Siz münasibətlərin normallaşdırılmasını, sülh müqaviləsini, gə

Abdullah Mübarək həccə ilk səfərində mərasimi yerinə yetirdikdən sonra

Tanınmış ilahiyyatçı Hacı Elşən Mustafaoğlu artıq azadlığa çıxıb.

Kasıb və varlı insanlar təkcə yaşayış tərzləri və iqdisadi durumları

Ceyranbatan su anbarının sahillərində çoxlu sayda ilanlar peyda olub. Yerli

Abdullah ibni Abbas nəql edir: "Ziqar, Cəməl döyüşündən sonra İmam

Rusiyanın Ukraynada hava üstünlüyü əldə edə bilməməsi müharibənin ə

İrritabl bağırsaq sindromu (İBS) dünya səviyyəsində 6-18% insanlarda ras

Bakıda "Toyota Prius"un iştirakı ilə növbəti yol nəqliyyat hadi

Ər tapmaq arzusunda olan zəngin rus qadını Tinder-də fırıldaqçılar ald

Rusiya Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin əldə olunma

Rusiyanın səylərinin ən mühüm sahəsi Cənubi Qafqazda nəqliyyat kommunik

Kaliforniya ştatında şəxsi evin qarajında qarşılaşan iki boz ayın

Bu il Bakıda 11-ci Rusiya-Azərbaycan Regionlararası Forumunun keçirilməsi g
