Qarajda qarşılaşan boz ayıların davası kameralara düşdü VİDEO


Digərləri 23 İyn 2022 20:37:00 130 0

Qarajda qarşılaşan boz ayıların davası kameralara düşdü  VİDEO

Kaliforniya ştatında şəxsi evin qarajında ​​qarşılaşan iki boz ayının davası müşahidə kamerası tərəfindən qeydə alınıb.

Son.az oxu.az-a istinadən xəbər verir ki, evin sahibəsi Liza Kuik qəribə səslərdən oyandığını və bunun ayı nəriltisi olduğunu anladığını deyib. Qadın ayının yenot və ya koyotla döyüşdüyünü zənn edib.

"Hər gün ayılar görürəm, amma onların öz aralarında döyüşməsinə heç vaxt rast gəlməmişəm", - deyə amerikalı bildirib.

Saut Leyk Taho şəhərinin sakini həmçinin ayıların qonşuluğunda yaşamağı xoşladığını qeyd edib. Onun sözlərinə görə, vəhşi heyvanlar bir qayda olaraq, onları qovmağa çıxanda ərazini tərk edirlər.