Azərbaycanda ağır qəza 15dən çox yaralı var


Digərləri 23 İyn 2022 19:10:00 229 0

Azərbaycanda ağır qəza  15dən çox yaralı var

Ələt-Astara yolunun Cəlilabad rayonunun Göytəpə şəhəri ərazisindən keçən hissəsində ağır yol qəzası baş verib.

Son.az report-a istinadən xəbər verir ki, qəza nəticəsində fəhlələri daşıyan mikroavtobus, "Mercedes" və "Hundai" markalı minik avtomobilləri toqquşub.

Zərbənin təsirindən "Hundai" markalı avtomobil yolun kənarına aşıb.

İlkin məlumata görə, 15-dən yuxarı yaralı olduğu bildirilir. Onlar Cəlilabad və Masallı rayon mərkəzi xəstəxanalarına aparılıb.

Faktla bağlı araşdırma aparılır.