Əşrəf Qasımov Türkiyəyə göndərilən amfibiya təyyarəsindən danışdı FOTO


Digərləri 23 İyn 2022 16:54:00 170 0

Əşrəf Qasımov Türkiyəyə göndərilən amfibiya təyyarəsindən danışdı  FOTO

Türkiyə Respublikasının Muğla bölgəsində hazırda meşə yanğınları davam edir. Yanğınların söndürlməsində iştirak etmək üçün birbaşa Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq, Azərbaycan Fövqəladə Hallar Nazirliyinə məxsus "BE-200ÇS" amfibiya tipli təyyarəsi 10 nəfərlik heyətlə Türkiyə Respublikasının Muğla bölgəsinin Dalaman Hava Limanına yola düşür.

Son.az Trend-ə istinadən xəbər verir ki, bunu Heydər Əliyev adına Beynəlxalq Hava Limanında jurnalistlərə açıqlamasında Fövqəladə Hallar Nazirliyinin aviasiya xidmətinin rəisi, general-mayor Əşrəf Qasımov deyib.

O bildirib ki, təyyarəmiz bu gündən etibarən Türkiyədə baş verən yanğınların söndürülməsində iştirak edəcək: "Bildiyiniz kimi, ötən il də qardaş Türkiyədə baş verən yanğının söndürülməsində iştirak etmişik. Bu, yanğınların söndürülməsində çox effektiv təyyarədir. Suyun üzərində durmadan 18-20 dəqiqə ərzində 12 tona yaxın sugötürmə qabiliyyətinə malikdir".