Özəl bağçaların ödənişləri əlçatan deyil Qiymətlər nəyə əsasən tənzimlənir? VİDEO
Digərləri 23 İyn 2022 15:15:00 88 0
Azərbaycanda özəl bağçaların ödənişləri bir çox valideynlər üçün əlçatan deyil. Ona görə də əksər ailələr çalışırlar ki, uşaqlarını dövlət müəssisələrinə göndərsinlər. Ancaq özəl bağçaları da seçənlər az deyil.
Bu xəbəri də oxu: Avtomobillər toqquşub, xəsarət alanlar var
Son.az Xəzər TV-yə istinadən xəbər verir ki, aylığı 250 manatdan başlayan və illiyi 6 min manata qədər olan bağçalar var.
Qiymətləri və göstərdikləri xidmətləri öyrənmək üçün bir neçə özəl bağça ilə əlaqə saxladıq. Bildirildi ki, ödənişlərə, əsasən qidalanma, idman, rəqs dərsləri, həmçinin Azərbaycan, rus və ingilis dilinin tədrisi daxildir.
Müqayisə üçün dövlət bağçalarındakı vəziyyəti də öyrəndik. Əlaqə saxladığımız müəssisədən deyildi ki, təlimlər Azərbaycan və rus bölməsi üzrə aparılır. Bundan başqa, bağçada gündə 4 dəfə qidalanma, müxtəlif oyunlar və rəsm dərsləri təşkil edilir. İngilis dili üzrə tədris isə valideynlərin xahişi əsasında olur.
Təhsil eksperti Elşən Qafarovun sözlərinə görə, özəl bağçaları yoxlayan qurum olmadığından, orada göstərilən xidmətlər və qiymətlər barədə vəziyyəti öyrənmək çətindir.
Ekspertin fikrincə, valideynlərin asan seçim etmələri üçün ilk növbədə məktəbəqədər təhsil müəssisələrinin sayı artırılmalıdır. Çünki ölkə üzrə bağçaların sayı tələbatı ödəmir.
Millət vəkili Ceyhun Məmmədov isə deyib ki, özəl bağçalarda qiymət məsələsi İqtisadiyyat Nazirliyi tərəfindən tənzimlənir.
Məlum olduğu kimi, qardaş Türkiyə Respublikasının Muğla bölgəsində ha

Prezident İlham Əliyev Rəsul Rzanın ev-muzeyinin yaradılması haqqında Sə

Tiktok-da yayılan kadrlar maraq doğurub.

Prezident İlham Əliyev "Azərbaycan Respublikasının Maliyyə Nazirliyi

Dünyaca məşhur keçmiş futbolçu Devid Bekhem örnək addımıyla gündəm

Milli Məclisin iclasında müzakirə edilən məsələlərdən biri də Dövlə

"Vaşinqtonun Minsk Qrupunu canlandırmağa çalışması Azərbaycan-ABŞ

Tehranın 55-ci Hüquq Məhkəməsi ABŞ-ın İrana 4,3 milyard dollar təzminat

Avstraliyadan olan üç ailənin üzvləri balıq yeməyi yedikdən sonra nadir

Xəbər verdiyimiz kimi, Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin hər

Azərbaycanda ərzaq qiymətlərinin süni artımının qarşısının alınmas

Ölkəmizə yay fəsli gəlib. Hidrometeoloqlar bu yayla bağlı necə proqnozla

Cənub Qaz Dəhlizi layihəsinə əlavə vəsaitlərin cəlb olunmasına hələl

Türkiyəli məşhur müğənni Zərrin Özər karyerasını bitirib.
