Qeyrineft məhsullarının ixracı 30 faizdən çox artıb
Siyasət 23 İyn 2022 12:53:00 103 0
Bu ilin ilk beş ayında qeyri-neft məhsullarının ixracı 30 faizdən çox artıb.
Son.az Trend-ə istinadən bildirir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov "Twitter" səhifəsində bildirib.
"İqtisadiyyatın şaxələndirilməsi tədbirləri nəticəsində qeyri-neft məhsullarının ixracındakı müsbət tendensiya davam edir.
Bu ilin yanvar-may aylarında qeyri-neft məhsullarının ixracı əvvəlki ilin müvafiq dövrünə nisbətən 30,9% artaraq 1 mlrd. 188 mln. dollar təşkil edib", - nazir deyib.
Mənbə: milli.az