Bölgələrdən ucuz alınan meyvələr Bakıda baha satılır


Digərləri 23 İyn 2022 13:37:00 123 0

Bölgələrdən ucuz alınan meyvələr Bakıda baha satılır

Yay fəsli olmasına baxmayaraq meyvələrin qiyməti yüksəkdir.

Son.az Xəzər TV-yə istinadən xəbər verir ki, bazardakı vəziyyət hətta sosial şəbəkələrdə də müzakirə mövzusu olub.

Paylaşımlardan belə başa düşülür ki, builki qiymətlər əvvəkli illərlə müqayisədə xeyli yüksəkdir.

Vəziyyəti araşdırmaq üçün üz tutduq paytaxt bazarlarına. Qiymətlərdən ən çox narazılıq edənlərlə də elə burada rastlaşdıq. Alıcıların sözlərinə görə, bahalaşma bütün meyvələrdə müşahidə olunur.

Satıcılar isə bahalaşmanı anbarlarda meyvələrin qiymətlərinin artması ilə əlaqələndirirlər.

Bakı bazarındakı qiymətlərlə bölgələrdəki qiymətləri də müqayisə etdik. Nəticədə nəzərəçarpacaq dərəcədə fərqin olduğunu öyrəndik. Hətta bəzi meyvələrin paytaxt bazarları ilə regionlardakı qiymətləri arasında 10-15 manata qədər fərq müşahidə olunur.

Fermerlər isə bildirirlər ki, onların zəhməti ilə başa gələn meyvələrdən iş adamları daha çox qazanırlar. Çünki onlardan ucuz qiymətə alınan məhsullar bazarlara xeyli baha qiymətə çıxarılır.

Mövzuya münasibət bildirən millət vəkili Rüfət Quliyev deyib ki, fermerlər daha çox qazanc əldə etmək üçün kooperasiya haqqında qanundan yararlana bilərlər.