Bakıda evlərdən çoxsaylı oğurluq edən şəxs saxlanılıb
Kriminal 23 İyn 2022 13:09:00 103 0
Paytaxtın Nərimanov rayonunda yerləşən mənzillərdən birindən oğurluq edilib.
Bu xəbəri də oxu: Səmaya yaxın: Rüfət İsmayılın kolleksiyası Bakının ən yüksək nöqtələrindən birində təqdim edildi FOTO
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Son.az-a verilən xəbərə görə, zərərçəkən Nərimanov Rayon Polis İdarəsinin 16-cı Polis Bölməsinə müraciət edərək evdən 6500 manat pulun oğurlandığını bildirib.
Eyni məzmunlu şikayətlərlə Nərimanov rayonunda yaşayan daha bir neçə sakinin ərizəsi Polis Bölməsində qeydə alınıb. Onlar da evlərindən qızıl-zinət əşyalarının və pul vəsaitlərinin oğurlandığını bildiriblər. Aparılan araşdırmalar, eləcə də hadisə yerlərinə baxış keçirilən zaman oğurluqların eyni şəxs tərəfindən törədildiyi müəyyən edilib.
Nərimanov Rayon Polis İdarəsi və 16-cı Polis Bölməsinin əməkdaşlarının həyata keçirdikləri təxirəsalınmaz əməliyyat-axtarış tədbiri nəticəsində hadisələri törətməkdə şübhəli bilinən, əvvəllər də oğurluq cinayətləri etdiyi üçün dəfələrlə məhkum olunmuş Elman Hüseynzadə saxlanılıb. Onun oğurluq etrdiyi ünvanlara getməsi təhlükəsizlik kameraları vasitəsi ilə də lentə alınıb.
Qeyd edək ki, Elman Hüseynzadə ifadəsində Nərimanov rayonu ilə yanaşı paytaxtın digər ərazilərində də mənzillərdən oğurluqlar etdiyini bildirib.
Faktlarla bağlı 16-cı Polis Bölməsində toplanan materiallar Nərimanov Rayon Polis İdarəsinə göndərilib. Elman Hüseynzadə əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa, bu barədə Nərimanov Rayon Polis İdarəsinə, 16-cı Polis Bölməsinə, ərazi polis orqanlarına, DİN-in "102" Zəng Mərkəzinə və Nazirliyin sosial şəbəkələrdəki rəsmi səhifələrinə məlumat verə bilərlər.
Qara Dəniz Ticarət və İnkişaf Bankı (QDTİB) Azərbaycanda yeni layihə v

Azərbaycan və Rumıniya arasında əlaqələr inkişaf edir, biz Rumıniya vas

Ruminya Avropa ölkələri arasında Azərbaycanla strateji tərəfdaşlıq qura

Şəmkir rayon polis şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşlar

Azərbaycan ərzaq təhlükəsizliyi sahəsində ehtiyatın yaradılması üçü

Bu ilin ilk beş ayında qeyri-neft məhsullarının ixracı 30 faizdən çox ar

Rusiya qüvvələri iyunun 19-dan bəri Donbasın Lisiçansk şəhərinin cənub

Türkiyə Turizm Agentlikləri Assosiasiyası (TÜRSAB) olaraq Azərbaycanla tur

Qayalıqda yerləşən kənd Təngərüd çayının sahilindədir, şəfalı bu

Yasamal Rayon Məhkəməsində Vətəndaş və İnkişaf Partiyasının (VİP) h

Xəbər verdiyimiz kimi, iyunun 22-si Əfqanıstanda güclü zəlzələ baş ver

Meyxanaçı Namiq Qaraçuxurlu "O kimdir" proqramında qonaq olub.

Unibank təqaüdçülər üçün 0 % komissiyalı kredit kampaniyası keçirir.

Milli Təhlükəsizlik Nazirliyi (2015-ci ildə ləğv olunub) İstintaq Baş İ
