Özlərini DİN və DTX əməkdaşı kimi təqdim edənlər qadını oğurlayıblar
Digərləri 23 İyn 2022 13:22:00 109 0
Dünən Bakı Ağır Cinayətlər Məhkəməsində adam oğurluğunda təqsirləndirilən dəstə üzvlərinin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Bu xəbəri də oxu: Sumqayıtda su və kanalizasiya xəttinə görə dağıdılan yol asfaltlanmayıb
Son.az "Qafqazinfo"ya istinadən xəbər verir ki, məhkəmənin hökmü ilə təqsirləndirilən Vidadi Məlikov 14 il, Rəşad Hüseynov və Zamin Hüseynov 11 il, Şahnaz İbrahimova 10 il, Mirməhəmməd Qədirov və Elçin Babayev isə 9 il azadlıqdan məhrum ediliblər.
Onlar Cinayət Məcəlləsinin adam oğurluğu, quldurluq, hədə-qorxu ilə tələb etmə, oğurluq, qanunsuz silah saxlama, qanunsuz azadlıqdan məhrumetmə maddələri ilə təqsirli biliniblər. Araşdırmalar zamanı məlum olub ki, qrup üzvləri ötən ilin fevral ayında mənzildən xeyli miqdarda pul və qızıl oğurladıqdan sonra başqa cinayət planlaşdırıblar.
Onlar əvvəlcədən izlədikləri və Şahnaz İbrahimova vasitəsilə barəsində məlumat topladıqları Bakıdakı məşhur masaj salonlarından birinin icarədarının həyat yoldaşını oğurlamaq qərarına gəliblər.
Bu məqsədlə həmin şəxslər Babək prospektindəki masaj salonundan çıxıb Binəqədidə yerləşən evinə gedən A.Şamirovanı izləyiblər. Ötən il fevralın 3-də saat 22 radələrində qadın taksidən düşdükdən sonra yaxınlaşaraq özlərini polis əməkdaşı kimi təqdim edən qrupun 2 üzvü əməliyyat keçirdiklərini və birgə idarəyə getməli olduğunu bildiriblər. Onlar A.Şamirovanı zorla avtomobilə apararaq başına torba keçiriblər və Masazır qəsəbəsi Atçılıq yaşayış massivində əvvəlcədən kirayə tutduqları evə gətirərək otağa salıblar. Qrup üzvləri yolda olarkən, evdə və digər danışıqlar vaxtı DİN və DTX əməkdaşları olduqlarını, paytaxtda əxlaqsızlıq yuvalarına qarşı əməliyyat keçirdiklərini deyiblər. Onlar tez-tez "rəis, məruzə, raport, Seyid, müavin, komandir" və sair kimi sözlərdən istifadə edərək oğurladıqları qadını həqiqətən hüquq-mühafizə orqanlarının əməkdaşı olduqlarına inandırmağa çalışıblar. Daha sonra qrup üzvləri masaj salonunu işlədən, həmçinin girov saxladıqları qadının əri ilə əlaqəyə keçərək ondan məsələnin həll olunması üçün 30 min manat tələb ediblər. Əks halda hər ikisinin məsuliyyətə cəlb ediləcəyini bildiriblər.
A.Şamirovanın ərinin hüquq-mühafizə orqanlarına müraciətindən sonra xüsusi əməliyyat keçirilib və adam oğurluğu, quldurluq və sair kimi cinayətlərdə şübhəli bilinən qrup üzvləri tutulub.
Son.az
Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi üzərinə düşən

Türkiyə sərhədçiləri qeyri-qanuni yolla Yunanıstana keçməyə çalışan

Paytaxtın Nərimanov rayonunda yerləşən mənzillərdən birindən oğurluq e

Qara Dəniz Ticarət və İnkişaf Bankı (QDTİB) Azərbaycanda yeni layihə v

Azərbaycan və Rumıniya arasında əlaqələr inkişaf edir, biz Rumıniya vas

Ruminya Avropa ölkələri arasında Azərbaycanla strateji tərəfdaşlıq qura

Şəmkir rayon polis şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşlar

Azərbaycan ərzaq təhlükəsizliyi sahəsində ehtiyatın yaradılması üçü

Bu ilin ilk beş ayında qeyri-neft məhsullarının ixracı 30 faizdən çox ar

Rusiya qüvvələri iyunun 19-dan bəri Donbasın Lisiçansk şəhərinin cənub

Türkiyə Turizm Agentlikləri Assosiasiyası (TÜRSAB) olaraq Azərbaycanla tur

Qayalıqda yerləşən kənd Təngərüd çayının sahilindədir, şəfalı bu

Yasamal Rayon Məhkəməsində Vətəndaş və İnkişaf Partiyasının (VİP) h
