Türkiyədən Azərbaycana turist axını dörd dəfə arta bilər


Digərləri 23 İyn 2022 12:22:00 153 0

Türkiyədən Azərbaycana turist axını dörd dəfə arta bilər

Türkiyə Turizm Agentlikləri Assosiasiyası (TÜRSAB) olaraq Azərbaycanla turizm sahəsində çalışmaqda maraqlıyıq.

Bunu Trend-ə açıqlamasında TÜRSAB idarə heyətinin üzvü Tolqa Gəncər deyib.

Onun sözlərinə görə, daha çox turistin gediş-gəlişini təmin etmək üçün hava reyslərinin artırılması məqsədəuyğundur.

"Türkiyə turizm firmalarının Azərbaycana marağı böyükdür. Xüsusilə də Azərbaycanın işğaldan azad etdiyi torpaqlara səfərlərin təşkili üçün səbirsizlənirlər. Azərbaycanın işğaldan azad edilən torpaqlarında turizmin bərpasından sonra Türkiyədən Azərbaycana gələn turistlərin sayında dörd dəfədən çox artım ola bilər",- deyə o qeyd edib.