Sabiq MTN zabitlərinin ifşa ifadələri


Siyasət 23 İyn 2022 11:45:00 87 0

Sabiq MTN zabitlərinin ifşa ifadələri

Milli Təhlükəsizlik Nazirliyi (2015-ci ildə ləğv olunub) İstintaq Baş İdarəsinin sabiq rəisi, general Mövlam Şıxəliyev, polkovniklər Sahib Ələkbərov, Vüsal Ələkbərov və Yasin Məmmədovun cinayət işi üzrə məhkəmə davam edir. Bakı Hərbi Məhkəməsində ötən ilin sentyabrından başlanan proses yekunlaşmaq üzrədir. Hər 4 müttəhimə qarşı irəli sürülmüş ittihamlar üzrə 36 zərərçəkənin əksəriyyəti məhkmədə sərbəst ifadə veriblər. Zərərçəkənlər təqsirləndirilən şəxslərin onlara qarşı cinayətlərini detallı şəkildə, məhkəmə zalında üzlərinə qarşı deməklə onları ifşa ediblər.

Təqsirləndirilən şəxslərin real cəzaya məhkum olunmaları üçün bu ifadələrin olduqca böyük çəkisi, əhəmiyyəti var. Müttəhimlər də bunun fərqindədirlər və başqa vaxt dilə gətirməyəcəkləri ifadələri açıq şəkildə məhkəmədə söyləməkdən çəkinmirlər. Mövlam Şıxəliyev, Sahib Ələkbərov, Vüsal Ələkbərov verilən tapşırıqlar çərçivəsində hərəkət etdiklərini, əmrləri yerinə yetirdiklərini çəkinmədən deməyə başlayıblar.  İttihamda göstərilən hər bir epizod üzrə cinayət işlərinin başlanması, rədd edilməsi, ibtidai istintaq dövründə həbs və ya həbsdən azad edilmə qərarlarının sabiq baş prokuror Zakir Qaralov və onun 1-cü müavini Rüstəm Usubovun tapşırıqları əsasında verildiyini ifadələrində dönə-dönə vurğulayırlar.

Təqsirləndirilən Sahib Ələkbərov məhkəmədə vəsatətlə çıxış edərək Zakir Qaralovla Rüstəm Usubovun əlavə şahid qismində dindirilmələrini tələb edib. 

Təqsirləndirilən vəsatətini belə əsaslandırır ki, Baş Prokurorluğun razılığı olmadan onlar heç kimi tuta, buraxa bilməzdilər. Hətta son prosesdə Sahib Ələkbərov Rüstəm Usubovu Hacı Məmmədovun bandasının cinayətlərini gizlətməkdə, onları himayə etməkdə, "Knauf" şirkətinin rəhbərlərindən olan Rəna Nəsibovanın qətlinə baiskar olmaqda ittiham edib. Bu iddiaları generallar, polkovniklər və məlumatlı adamlar səsləndirir, sıradan bir vətəndaş yox.

Maraqlıdır ki, prosesdə Eldar Mahmudovun adı demək olar ki, çəkilmir.

Belə olan vəziyyətdə sual yaranır: MTN zabitləri həqiqətləri söyləyir, yoxsa Zakir Qaralovla Rüstəm Usubovu önə çıxarmaqla Eldar Mahmudovu diqqətdən kənar saxlayırlar? Bəlkə onlara belə təlimatı Eldar Mahmudov verir?

Son.az bildirir ki, "Bakı" Hüquq Şirkətinin rəhbəri Natiq Ələsgərov "Yeni Müsavat"a deyib ki, hazırda Bakı Hərbi Məhkəməsində davam etdirilən məhkəmə prosesi dayandırılmalı, iş geri - ibtidai istintaqa qaytarılmalıdır:

"Mövlam Şıxəliyev, Sahib Ələkbərov, Yasin Məmmədov və Vüsal Ələkbərovun cinayət işi üzrə 36 zərərçəkən var. Həmin zərərçəkənləri vaxtilə vəzifədə olarkən hazırda təqsirləndirilən statusunda olanlar həbs ediblər. Bəli, həbs qərarları Baş Prokurorluqdan verilən göstərişlə, özəlliklə Zakir Qaralov və Rüstəm Usubovun tapşırıqları əsasında baş tutub. Məhkəmə qarşısına çıxarılan 4 təqsirləndirilən şəxs həmin göstəriş və əmrləri icra ediblər. İttihamın mahiyyəti də budur ki, bu adamlar qanunsuz əmrləri, göstərişləri yerinə yetiriblər. Yəni bilə-bilə ki, qarşılarındakı Azərbaycan vətəndaşı günahsızdır, Azərbaycan qanunlarını pozmaqla, ayaqlar altına atmaqla şərlənərək həbsində, vəzifələrindən sui-istifadə etməklə qanunsuz olaraq azadlıqdan məhrum olunmasında birbaşa iştirak ediblər. Əlbəttə ki, burada tamah rol oynayıb. Mövlam Şıxəliyev istintaq idarəsində rəis olub. İttiham aktında onun 8 milyon qiymətləndirilən əmlaklarının siyahısı yer alır. Bu hələ rəsmi olaraq müəyyən edilən əmlaklardır. Adamın təkcə "Sahil" metrosunun üstündə 1 evi, 4 mağazası var. "Tarqovı"da 10 mənzili var. Mövlam Şıxəliyevin cah-calalı aydındır ki, rəsmi maaşından gələn gəlirlər hesabına deyil. Zərərçəkənlərə vurulan ziyan 20 milyondan artıqdır. Söhbət rəsmən istintaqa şikayət edən zərərçəkənlərdən gedir. Şikayət etməyənlər dəfələrlə artıqdır. Bu işlər, əlbəttə ki, təkcə Mövlam Şıxəliyevin üzərindən baş verməyib. Onun rəhbəri olan Eldar Mahmudov 10 il müddətində MTN-də baş verən cinayətlərdən xəbərsiz qala bilməzdi. Bu gün onun adını çəkməsələr də, hələlik məhkəmədə "bu tapşırıqları bizə Eldar Mahmudov verib" şəklində ifadələr dilə gətirilməsə də, aydındır ki, bu məsələlər onun tapşırıqları əsasında baş verib.

Bu gün 4 təqsirləndirilən şəxsi qabağa verib onların başında dayanan şəxsləri dindirməkdən belə yayınmaqla ədaləti bərpa etmək mümkün olmayacaq. Zakir Qaralov da, Rüstəm Usubov da, Eldar Mahmudov da istintaqa cəlb edilməlidirlər".

Hüquqşünas deyib ki, işin ibtidai istintaqa qaytarılması üçün çox ciddi əsaslar var: "Bu gün iş üzrə zərərçəkənlər barəsində Azərbaycan Respublikası adından çıxarılan hökmlər qüvvədədir. Yəni Mövlam Şıxəliyev və digərlərinə ittiham verilir ki, iş üzrə zərərçəkən şəxsləri vəzifələrindən sui-istifadə etməklə qanunsuz olaraq həbsə alıblar. Bu halda həmin zərərçəkənlər barəsindəki hökmlər üzrə şikayət vermə müddəti bərpa olunmalı və onlara bəraət verilməli idi. Bundan sonra həmin hökmlər də işə əlavə olunmaqla, Zakir Qaralov, Rüstəm Usubov, Eldar Mahmudov və bu cinayətlərin baş tutmasında rolu olan digər vəzifə daşıyıcıları Mövlam Şıxəliyevgillə yanaşı istintaqa cəlb edilməli idilər. Bu məsələlər həll edilmədən aparılan istintaq da, bu gün aparılan məhkəmə də "xala-xala oyunu"nundan başqa bir şey deyil. Məhkəmənin bu şəkildə aparılması obyektiv nəticəyə gəlməyə imkan vermir".

Türkiyənin 2 hərbçisi şəhid olub like
  • 23 İyn 11:37  
Dünya Türkiyənin 2 hərbçisi şəhid olub

Türkiyənin Diyarbəkir şəhərində 2 hərbçi şəhid olub.

arrow Ətraflı
Ukraynadakı vəziyyət qlobal tədarük zəncirlərinin qırılmasına gətirib çıxarıb like
  • 23 İyn 11:30  
Siyasət Ukraynadakı vəziyyət qlobal tədarük zəncirlərinin qırılmasına gətirib çıxarıb

Azərbaycan Qara Dəniz Ticarət və İnkişaf Bankının (QDTİB) kapitalın ar

arrow Ətraflı
Ağalı kəndinin 428 sakinindən böyük əksəriyyəti doğma yurda qayıtmaq istəyir like
  • 23 İyn 11:22  
Digərləri Ağalı kəndinin 428 sakinindən böyük əksəriyyəti doğma yurda qayıtmaq istəyir

Zəngilan rayonunun Ağalı kəndinin 428 nəfər sakini arasında keçirilən s

arrow Ətraflı
“Mənə dedi ki, sənin yerinə arvadınla yatıram” like
  • 23 İyn 11:15  
Digərləri “Mənə dedi ki, sənin yerinə arvadınla yatıram”

Bakıda arvadını və qayınanasını qətlə yetirib daha sonra meyitlərini y

arrow Ətraflı
Maradonanın ölümünə görə 8 nəfər mühakimə olunacaq like
  • 23 İyn 11:07  
Dünya Maradonanın ölümünə görə 8 nəfər mühakimə olunacaq

Əfsanəvi futbolçu Dieqo Maradonanın ölümü ilə bağlı 8 nəfər Argentin

arrow Ətraflı
Ukrayna Baş Qərargahı: "Rusiya Silahlı Qüvvələri 34 430 hərbçi itirib" like
  • 23 İyn 11:00  
Dünya Ukrayna Baş Qərargahı: "Rusiya Silahlı Qüvvələri 34 430 hərbçi itirib"

"Ukraynada hərbi əməliyyatlar başlayandan bəri Rusiya Silahlı Qüvvə

arrow Ətraflı
Prezident Rumıniya nümayəndə heyətini qəbul edib like
  • 23 İyn 10:58  
Siyasət Prezident Rumıniya nümayəndə heyətini qəbul edib

Son.az AZƏRTAC-a istinadən bildirir ki, Azərbaycan Respublikasının Prezid

arrow Ətraflı
Bakıda İƏT Gənclər və İdman Nazirlərinin Daimi Şurasının iclası keçirilib  FOTO like
  • 23 İyn 10:52  
Digərləri Bakıda İƏT Gənclər və İdman Nazirlərinin Daimi Şurasının iclası keçirilib FOTO

Bakıda İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Gənclər və İdman Nazi

arrow Ətraflı
Kapital Bank sahibkarlar üçün tədbir təşkil etdi like
  • 23 İyn 10:45  
Digərləri Kapital Bank sahibkarlar üçün tədbir təşkil etdi

Kapital Bank hər zaman sahibkarların daha rahat və fasiləsiz xidmət almalar

arrow Ətraflı
İt aktrisanın üzünü parçaladı, 37 tikiş atdılar like
  • 23 İyn 10:37  
Şou-biznes İt aktrisanın üzünü parçaladı, 37 tikiş atdılar

Türkiyəli müğənni-aktrisa Zeynep Doruk Bodrumda sahibsiz itin hücumuna mə

arrow Ətraflı
İstanbulda yaşayan azərbaycanlını kürəkəni öldürdü like
  • 23 İyn 10:30  
Digərləri İstanbulda yaşayan azərbaycanlını kürəkəni öldürdü

İstanbulun Başakşehir rayonunda Azərbaycan vətəndaşı Mübariz Nuriyevin

arrow Ətraflı
"Bayraqdar Akıncı" PUAsından NÖVBƏTİ REKORD like
  • 23 İyn 10:27  
Dünya "Bayraqdar Akıncı" PUAsından NÖVBƏTİ REKORD

Türkiyənin "Baykar" şirkətinin istehsalı olan "Bayraqdar Ak

arrow Ətraflı
Bakıda tıxaca görə 40a yaxın xətt üzrə avtobuslar gecikir  FOTO like
  • 23 İyn 10:22  
Digərləri Bakıda tıxaca görə 40a yaxın xətt üzrə avtobuslar gecikir FOTO

Bu gün səhər pik saatlarında paytaxtın bir sıra küçə və prospektlərin

arrow Ətraflı
Nazirliyin vəzifəli əməkdaşı like
  • 23 İyn 09:52  
Digərləri Nazirliyin vəzifəli əməkdaşı

İqtisadiyyat Nazirliyinin vəzifəli əməkdaşı vəfat edib.

arrow Ətraflı