"Aygün Kazımova nə savabım, nə də günahımdır"
Şou-biznes 23 İyn 2022 11:52:00 96 0
Meyxanaçı Namiq Qaraçuxurlu "O kimdir" proqramında qonaq olub.
Bu xəbəri də oxu: Aygün Kazımovanın Günay Musayevanı dodağından öpməsi tənqid olundu
Son.az axşam.az-a istinadən xəbər verir ki, sənətçi verilişdə Xalq artisti Aygün Kazımovayla bağlı sualları cavablandırıb. Qaraçuxurlu Kazımova ilə illər əvvəl duet oxuduğu üçün onu qınayanlara belə cavab verib:
"Əslində fəxr edirəm. Birlikdə başlayanda qınaq çox olurdu. Bu gün sevinirəm ki, düşündüyümüz hədəfə çatmışıq. O qınayanlar artıq duetimiz üçün darıxırlar".
Meyxanaçı A.Kazımovayla ayrılıq səbəbini açıqlamaq istədəyini, lakin daha sonra bu fikrindən daşındığını da bildirib:
"Ayrılığımız barədə isə danışa bilmərəm. Bəzən hirslənmişəm, demişəm açıqlayacağam. Öz-özümə danışıb, sonra özümə nifrət etmişəm. Bir kişinin belə şeyləri insanlar içində danışması doğru deyil. O, açıqlamanı məndən eşidən insanlar da, deyəcək ki, yaraşmadı, niyə belə danışdın. Amma vaxt gələcək özüm haqda sənədli film çəkəcəyəm, orada hər şey bilinəcək. Hələ ki, 43 yaşım var. Bu, 60 yaşımdan sonra olacaq".
Sənətçi aparıcının "İllər əvvəl müsahibələrinizin birində "Aygün xanım ən böyük savabımdır demişdiniz. İndi həmin savab günaha çevrilibmi" sualına isə belə cavab verib:
"Aygün xanım nə savabım, nə də günahımdır. Bir insan səninlə birlikdə olanda xoşbəxtdirsə, təbii ki, buna savab demək olar. Amma müvəqqəti olduğuna görə ona bir ad qoya bilmirəm. Şəxsi münasibətlərimiz keçmişdir, amma duetlərimiz əbədidir. Düşünürəm ki, gələcəkdə də ola bilər. Aygün 1 nömrə ulduzdur və onun yerini deut baxımından təbii ki, heç kim verə bilməz. Bu yaxınlarda da mənimlə duet oxumaq üçün efir vasitəsiylə müraciət edib. Yaxşı bir iş olarsa, oxuyacağıq".
Unibank təqaüdçülər üçün 0 % komissiyalı kredit kampaniyası keçirir.

Milli Təhlükəsizlik Nazirliyi (2015-ci ildə ləğv olunub) İstintaq Baş İ

Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) bu il Azərbaycanda dayanıql

Azərbaycan Qara Dəniz Ticarət və İnkişaf Bankının (QDTİB) kapitalın ar

Zəngilan rayonunun Ağalı kəndinin 428 nəfər sakini arasında keçirilən s

Bakıda arvadını və qayınanasını qətlə yetirib daha sonra meyitlərini y

Əfsanəvi futbolçu Dieqo Maradonanın ölümü ilə bağlı 8 nəfər Argentin

"Ukraynada hərbi əməliyyatlar başlayandan bəri Rusiya Silahlı Qüvvə

Son.az AZƏRTAC-a istinadən bildirir ki, Azərbaycan Respublikasının Prezid

Bakıda İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Gənclər və İdman Nazi

Kapital Bank hər zaman sahibkarların daha rahat və fasiləsiz xidmət almalar

Türkiyəli müğənni-aktrisa Zeynep Doruk Bodrumda sahibsiz itin hücumuna mə

İstanbulun Başakşehir rayonunda Azərbaycan vətəndaşı Mübariz Nuriyevin

Türkiyənin "Baykar" şirkətinin istehsalı olan "Bayraqdar Ak
