Ukrayna Baş Qərargahı: "Rusiya Silahlı Qüvvələri 34 430 hərbçi itirib"


Dünya 23 İyn 2022 11:00:00 121 0

Ukrayna Baş Qərargahı: "Rusiya Silahlı Qüvvələri 34 430 hərbçi itirib"

"Ukraynada hərbi əməliyyatlar başlayandan bəri Rusiya Silahlı Qüvvələri 34 430 hərbçi itirib".

Son.az "Report"a istinadən xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələri Baş Qərargahının məlumatında deyilir.

Bildirilir ki, Ukrayna ordusu Rusiya Silahlı Qüvvələrinin 1504 tank, 3 632 zirehli maşın, 756 artilleriya sistemi, 240 reaktiv yaylım atəşi sistemi, 99 hava hücumundan müdafiə sistemi, 216 təyyarə, 183 helikopter, 620 operativ-taktiki PUA, 137 qanadlı raket, 14 gəmi/qayıq, 60 xüsusi texnika, 2548 avtomobilni məhv edib.

Xatırladaq ki, Rusiya 2014-cü ilin fevralında Ukraynanın Krım Muxtar Respublikasını ilhaq edib. Bundan sonra Ukraynanın Donbas bölgəsində hərbi əməliyyatlara başlayıb. Nəticədə Donetsk və Luqansk vilayətlərinin böyük hissəsi separatçıların nəzarətinə keçib. Döyüşlər Ukraynanın Silahlı Qüvvələri və Rusiyanın dəstəklədiyi qondarma Donetsk və Luqansk respublikalarının silahlıları arasında gedib. Rəsmi Moskva döyüşlərdə iştirakının olması ittihamını rədd edib.

Daha sonra 2020-ci ilin sonundan başlayaraq Ukrayna və Rusiya arasında münasibətlər daha da gərginləşməyə başlayıb, Donbasda təmas xəttində atəşkəsin pozulması mütəmadi xarakter alıb. ABŞ başda olmaqla Ukraynanın müttəfiqləri hərbi və maliyyə cəhətdən rəsmi Kiyevə yardım etsə də, münaqişəyə birbaşa müdaxilə etməyəcəklərini vurğulayıblar.

2022-ci ilin fevralın 21-də Rusiya Prezidenti Vladimir Putin xalqa müraciətində Ukraynanın Donbas ərazisində yaradılan iki qondarma respublikanı tanıdığını bildirib. O, bununla bağlı fərman imzalayıb.