Ağalı kəndinin 428 sakinindən böyük əksəriyyəti doğma yurda qayıtmaq istəyir
Digərləri 23 İyn 2022 11:22:00 79 0
Zəngilan rayonunun Ağalı kəndinin 428 nəfər sakini arasında keçirilən sorğu zamanı onların böyük əksəriyyəti doğma yurda qayıtmaq istəyini ifadə edib.
Bu xəbəri də oxu: Sumqayıtda su və kanalizasiya xəttinə görə dağıdılan yol asfaltlanmayıb
Son.az Trend-ə istinadən bildirir ki, bunu Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) Azərbaycandakı nümayəndəliyinin yeni təyin olunmuş rəhbəri Dragana Koyiç ilə görüşdə deyib.
Məcburi köçkünlərin qayıdışı ilə əlaqədar həyata keçirilən layihələrdə beynəlxalq təşkilatların, həmçinin BQXK-nın iştirakının əhəmiyyəti qeyd edilərək bildirilib ki, Dövlət Komitəsi bu mərhələdə də əməkdaşlığın səmərəli olacağına böyük ümid bəsləyir. İşğaldan azad edilmiş Zəngilan rayonunun Ağalı kəndində "ağıllı kənd" layihəsinin icra edildiyi, yeni salınan müasir tipli yaşayış məntəqəsinə əhalinin köçürülməsinə hazırlıq görüldüyü xatırladılaraq diqqətə çatdırılıb ki, kəndin 428 nəfər sakini arasında keçirilən sorğu zamanı onların böyük əksəriyyəti doğma yurda qayıtmaq istəyini ifadə edib.
Səmimi qəbula görə təşəkkürünü bildirən Dragana Koyiç rəhbəri olduğu nümayəndəliyin fəaliyyəti haqqında məlumat verib, BQXK son dövrlərdə öz fəaliyyətini genişləndirdiyini, işə yeni əməkdaşlar cəlb edildiyini söyləyib.
Son.az
Bakıda arvadını və qayınanasını qətlə yetirib daha sonra meyitlərini y

Əfsanəvi futbolçu Dieqo Maradonanın ölümü ilə bağlı 8 nəfər Argentin

"Ukraynada hərbi əməliyyatlar başlayandan bəri Rusiya Silahlı Qüvvə

Son.az AZƏRTAC-a istinadən bildirir ki, Azərbaycan Respublikasının Prezid

Bakıda İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Gənclər və İdman Nazi

Kapital Bank hər zaman sahibkarların daha rahat və fasiləsiz xidmət almalar

Türkiyəli müğənni-aktrisa Zeynep Doruk Bodrumda sahibsiz itin hücumuna mə

İstanbulun Başakşehir rayonunda Azərbaycan vətəndaşı Mübariz Nuriyevin

Türkiyənin "Baykar" şirkətinin istehsalı olan "Bayraqdar Ak

Bu gün səhər pik saatlarında paytaxtın bir sıra küçə və prospektlərin

Azərbaycan Mərkəzi Bankı 23 iyun tarixindən etibarən valyuta məzənnələ

Trend Azərbaycanın Bolqarıstandakı fövqəladə və səlahiyyətli səfiri H

Türkiyə Respublikasının Konya şəhərində keçirilən "Anadolu Qartal
