ABŞ NATOnu sürətlə genişlənməyə


Siyasət 23 İyn 2022 08:23:00 132 0

ABŞ NATOnu sürətlə genişlənməyə

ABŞ Türkiyənin terrorizmlə bağlı haqlı narahatlığının olduğunu inkar etmir, lakin Finlandiya və İsveçin NATO-ya qəbulu ilə bağlı Ankara, Stokholm və Helsinki arasında yaranmış fikir ayrılıqlarının tezliklə həllinə çağırır.

Son.az Trend-ə istinadən bildirir ki, bu barədə ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Karen Donfrid bildirib.

"Biz Türkiyənin terrorla bağlı haqlı narahatlığını qəbul edirik və bunu NATO-nun baş katibi Yens Stoltenberq də dilə gətirib. Biz Stokholm, Ankara və Helsinkini bütün müttəfiqlərin təhlükəsizlik problemlərini həll edilməsi istiqamətində doğru yol tapmaq üçün birgə işləməyə çağırırıq", - ABŞ-lı rəsmi qeyd edib.

O, ölkəsinin Şimali Atlantika Alyansını Finlandiya və İsveçin NATO-ya daxil olması prosesi ilə bağlı tez bir zamanda konsensusa gəlməyə çağırdığını vurğulayıb.