ABŞ müdafiə xərclərini


Siyasət 23 İyn 2022 07:15:00 142 0

ABŞ müdafiə xərclərini

ABŞ Konqresinin Nümayəndələr Palatasının müvafiq komitəsi gələn il üçün dövlətin müdafiə büdcəsi layihəsinə düzəlişlər edib.

Son.az Trend-ə istinadən bildirir ki, bununla əlaqədar olaraq ölkənin müdafiə büdcəsi 37 milyard dollar artırılıb.

Dəyişikliklərin lehinə komitə üzvlərinin əksəriyyəti - 42 nəfər, əleyhinə isə 17 nəfər səs verib.

Qeyd edək ki, daha əvvəl ABŞ Senatının Silahlı Qüvvələr Komitəsi 2023-cü ildə hərbi büdcənin artırılması üçün əlavə 45 milyard dollar ayrılmasını təsdiqləmişdir.