Yeni mövsümün RETRO dəbi FOTO


Digərləri 22 İyn 2022 23:24:00 180 0

Yeni mövsümün RETRO dəbi  FOTO

Biz istəsək də, istəməsək də, 90-cı illərin trendləri geri qayıdır. Bu qayıdış özünü aksessuarlarda daha çox göstərir. Dizaynerlərin təklifləri arasında ağ çərçivəli eynəklər xüsusilə aktualdır. 

Son.az xəbər verir ki, bu aksessuar bizə retro ulduzların ötən əsrin sonlarındakı obrazlarını xatırladır. Belə görünür ki, zəmanənin məşhurları bu nostalji stili bir o qədər çox sevirlər. Rihanna və bir çox Hollivud aktrisaları bu tendensiyanın öncüllərindən sayılır. 

Geniş ağ çərçivəli eynəklər, demək olar ki, istənilən üslubla ahəng yarada bilir, odur ki, universal əşyalar cərgəsinə aid edilir. Əgər mövsümün rəngli, dəbdəbəli eynəkləri ürəyinizcə deyilsə, ağ çərçivəli versiyanı sınaqdan keçirin. Üstəlik, ağ çərçivə istənilən saç rəngi ilə uyğun gəlir. (publika.az)