11 yaşlı qız 11 milyon dollar qazandı


Digərləri 22 İyn 2022 22:44:00 148 0

11 yaşlı qız 11 milyon dollar qazandı

ABŞ-da 11 yaşlı qız şəxsi bizneslə 11 milyon dollar qazanıb.

Son.az xəbər verir ki, məlumatı "Mirror" yayıb.

Mikayla Ulmer nənəsindən miras qalan yemək kitabındakı reseptlərdən içkilər hazırlayıb. Qız hazırladığı içkilərə bal əlavə etmək qərarına gəlib və bu da onu məşhur edib.

2016-cı ildə 11 yaşı olarkən limonad satan qız böyük bir şirkətlə müqavilə bağlayıb. Bu müqavilə sayəsində Mikayla 11 milyon dollar qazanıb.