Ayının üstünə qışqırdı, heyvan qorxub qaçdı VİDEO


Digərləri 22 İyn 2022 20:15:00 103 0

Ayının üstünə qışqırdı, heyvan qorxub qaçdı  VİDEO

Türkiyənin Bayburt şəhərində ayı insanlara qorxulu anlar yaşadıb.

Son.az lent.az-a istinadən xəbər verir ki, hadisə şəhərin Aydıntəpə qəsəbəsində baş verib. Sübh tezdən iri bir ayı dağdan qəsəbənin ortasına gəlib. Həmin anlar kənddəki kameralara düşüb.

Bu zaman daha bir maraqlı hadisə baş verib. Ayı məsciddən çıxan qəsəbə sakini Asim Durmuşun qarşısına çıxaraq, bağırıb. Bundan qorxan A. Durmuş da özünü itirməyərək, ayının üstünə uca səslə qışqırıb. Nəticədə ayı qorxaraq, kənddən qaçıb.