Atalar günündə özünə hədiyyə verib, iki milyon dollar udub


Digərləri 22 İyn 2022 20:37:00 126 0

Atalar günündə özünə hədiyyə verib, iki milyon dollar udub

Amerikanın Şimali Karolina ştatının Roli şəhərinin sakini Atalar Günündə özünə hədiyyə etmək qərarına gəlib, lotereya bileti alıb və cekpotu udaraq varlanıb.

Son.az bildirir ki, bu barədə UPI xəbər agentliyi məlumat yayıb.

64 yaşlı Con Rocers ərzaq mağazasına gedib və Atalar Gününü qeyd etmək qərarına gəlib. O, 20 dollara ani lotereya bileti alıb. "Biletləri alanda dedim ki, bu, mənim özümə Atalar Günü hədiyyəsidir. Bu, heç vaxt unuda bilməyəcəyim bir Atalar Günü olacaq".

Kişi biletin qoruyucu təbəqəsini silib və məlum olub ki, o, iki milyon dollarlıq birinci mükafatı qazanıb. O, etiraf edib ki, bəxtini hələ də dərk etməyib.