Gəncədə parkda karusel qırıldı VİDEO


Digərləri 22 İyn 2022 19:07:00 122 0

Gəncədə parkda karusel qırıldı  VİDEO

Gəncədə bulvar ərazisində fəaliyyət göstərən istirahət mərkəzindəki karuseldə baş verən qəza bir uşağın xəsarət alması ilə nəticələnib. Xəstəxanaya yerləşdirilən 12 yaşlı qızın vəziyyətini həkimlər qənaətbəxş qiymətləndirirlər. Baş vermiş hadisə attraksionlarda təhlükəsizlik məsələsini yenidən gündəmə gətirib. 

Son.az Xəzər TV-yə istinadən xəbər verir ki, parka istirahət edən 12 yaşlı uşaq bədbəxt hadisə ilə üzləşib. Atraksionda baş verən qəza nəticəsində o xəsarət alıb. Hadisə Gəncədə baş verib. 

Belə ki, "Amerikan təpəcikləri" adlı karuselə minən 12 yaşlı qız oturduğu arabanın qopması nəticəsində yerə yıxılıb və zədələnib. 

Xəstəxanaya yerləşdirilən qızın qabırğasının sındığı və digər xəsarətlər aldığı məlum olub. Həkimlər onun vəziyyətinin orta olduğunu bildiriblər. 

Attraksionu işlədən sahibkar isə iddia edir ki, bütün karusellərə vaxtında baxış keçirilir və texniki qulluq göstərilir.

FHN -nin sənayedə işlərin təhlükəsiz görülməsi və dag mədən nəzarəti dövlət agentliyinin əməkdaşı Tural Qocayev "XəzərXəbər"ə bildirib ki, həmin ərazidə yoxlama aparılıb. Texniki təhlükəsizlik haqqında qanunun və digər normativ hüquqi aktların pozulması aşkar edilib. Pozuntuların aradan qaldırılması üçün zəruri tələb qoyulub. Baş vermiş hadisə ilə bağlı hüquq-mühafizə orqanları tərəfindən də araşdırma aparılır.