Tutuquşunu xilas etməyə çalışarkən öldü


Dünya 22 İyn 2022 18:07:00 101 0

Tutuquşunu xilas etməyə çalışarkən öldü

Amerikanın Florida ştatının Dayvi şəhərinin sakini kanalizasiya quyusuna düşən tutuquşunu xilas etməyə çalışıb.

Son.az bildirir ki, bu barədə CBS News xəbər verir.

40 yaşlı Dimitri Aleksayou kişinin yaşadığı yaşayış binasının arxasında yerləşən kanalizasiya quyusuna düşən tutuquşusunun köməyinə qaçıb. Quşun sahibi gücünü hesablamayıb və batmağa başlayıb, bunu görən qonşular xilasediciləri çağırıb.

Hadisə yerinə gələn dalğıclar amerikalını xilas etməyə çalışsalar da, bacarmayıblar. Quşun sahibi boğularaq ölüb. Polis bildirib ki, onlar adamın ölümünü şübhəli hesab etmirlər. Tutuquşunun quyuya necə düşdüyü məlum deyil. Quş sağ qaldı.