LaçınKəlbəcərdə külək elektrik stansiyası tikiləcək


Digərləri 22 İyn 2022 16:34:00 95 0

LaçınKəlbəcərdə külək elektrik stansiyası tikiləcək

Laçın-Kəlbəcər rayonlarında külək elektrik stansiyası tikiləcək.

Bu, Nazirlər Kabinetinin bu gün təsdiqlədiyi "Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində 2022-2026-cı illərdə "yaşıl enerji" zonasının yaradılması üzrə Tədbirlər Planı"nda əksini tapıb.

Tədbirlər Planına əsasən, Energetika Nazirliyi "Azərenerji" ASC ilə birlikdə Laçın-Kəlbəcər rayonlarında külək elektrik stansiyasının tikintisini təmin etməlidir.

Nazirlik 2022- 2026-cı illər ərzində layihəyə hazırlıq işlərinin görülməsi, müqavilələrin imzalanması, stansiyanın tikintisini (400 MVt gücündə) təmin etməlidir.