İlham Əliyevin sözçüsü Özbəkistanda 35 il sonra


Digərləri 22 İyn 2022 16:38:00 119 0

İlham Əliyevin sözçüsü Özbəkistanda 35 il sonra

Azərbaycan Prezidentinin mətbuat katibi Azər Qasımov Özbəkistanda öz əsgərlik yoldaşı Uluqbek Matniyozov ilə yenidən qarşılaşıb.

Son.az xəbər verir ki, görüşün videogörüntülərini "Özbekistan haber" öz feysbuk hesabında paylaşıb.

Məlumata görə, əsgərlik yoldaşları 35 ildən sonra Xivə bölgəsində yenidən qarşılaşıblar. Görüntülərdən Azər Qasımov və Uluqbek Matniyozovun çox səmimi şəkildə görüşdüyünü görmək mümkündür.

Onlar bir-biriləri ilə öz xatirələrini, həyatlarını, hazırkı fəaliyyətləri barədə məlumatları bölüşüblər.