Cəbrayılda günəş elektrik stansiyası tikiləcək


Digərləri 22 İyn 2022 16:50:00 134 0

Cəbrayılda günəş elektrik stansiyası tikiləcək

Cəbrayıl rayonunda günəş elektrik stansiyası tikiləcək.

Bu barədə Nazirlər Kabinetinin təsdiqlədiyi "Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində 2022-2026-cı illərdə "yaşıl enerji" zonasının yaradılması üzrə Tədbirlər Planı"nda qeyd edilib.

Tədbirlər Planına əsasən, Energetika Nazirliyi "Azərenerji" ASC ilə birlikdə 2022-2026 illərdə layihəyə hazırlıq işlərinin görülməsi, müqavilələrin imzalanması, stansiyanın tikintisini (240 MVt gücündə) təmin etməlidir.