Türkiyəli mütəxəssislər hərbçilərimiz üçün minatəmizləmə kursu keçir FOTO


Digərləri 22 İyn 2022 15:28:00 135 0

Türkiyəli mütəxəssislər hərbçilərimiz üçün minatəmizləmə kursu keçir  FOTO

Azərbaycan Ordusunun Mühəndis Qoşunlarının müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçuları üçün Türkiyə Silahlı Qüvvələrinin mütəxəssislərinin iştirakı ilə xüsusi mina təmizləmə və axtarma kursu başlanılıb.

Bu barədə Müdafiə Nazirliyindən bildirilib.

Qeyd edək ki, kurs zamanı hərbi qulluqçular xüsusi hazırlanmış mühəndis şəhərciyində minaaxtaranlar vasitəsilə minaların və partlamamış döyüş sursatlarının aşkar edilməsi və zərərsizləşdirilməsi üzrə bacarıqlarını təkmilləşdirəcəklər.