"Muğam axşamları" layihəsinin iyun konsertində “Bayatı Şiraz” muğamı təqdim olunub
Kriminal 22 İyn 2022 14:22:00 119 0
Beynəlxalq Muğam Mərkəzinin "Muğam axşamları" layihəsinin iyun konsertində "Bayatı Şiraz" muğamı təqdim olunub. Konsert proqramında BMM-nin solistləri Rəvanə Qurbanova, Səbinə Ərəbli və Günay İmamverdiyeva çıxış ediblər. Xanəndələri BMM-nin solistləri, tarzən Rövşən Qurbanov, qanun ifaçısı Əməkdar artist Təranə Əliyeva, kamançada Ceyhun Muradov, nağarada Amil Mustafayev, udda Vasif Yusipli və ikinci tarda Ruslan Muradov müşayiət ediblər.
Bu xəbəri də oxu: Səmaya yaxın: Rüfət İsmayılın kolleksiyası Bakının ən yüksək nöqtələrindən birində təqdim edildi FOTO
Beynəlxalq Muğam Mərkəzinin 2022-2023-cü musiqi mövsümündə təqdim etdiyi "Muğam axşamları" layihəsinin ideya müəllifi BMM-nin direktoru, Xalq artisti Murad Hüseynovdur. Qeyd edək ki, layihə 2017-ci ildən həyata keçirilir və beynəlxalq işıqlandırılmasında "Baku" jurnalının rolu böyük əhəmiyyət kəsb edib. "Muğam axşamları"nın konsertləri "Mədəniyyət" televiziyası vasitəsilə lentə alınır, İctimai Radio ilə dinləyicilərə təqdim edilir.
Dahi bəstəkar Ü.Hacıbəyli Bayatı-Şirazı dinləyicidə qəmginlik hissi oyadan muğam adlandırmışdır . Öz axıcı və dərin təsir gücünə görə "Bayatı Şiraz"a "musiqinin gəlini" (yəni "ərusi-musiqi"). Ə. Bakıxanov isə "Bayatı Şiraz"ın həzin bir melodiyaya malik muğam olduğunu qeyd etmişdir. "Bayatı-Şiraz" muğamı tarixi keçmişdə "İsfahan" muğamı adlandırılmış və on iki klassik muğamlardan biri olmuşdur. Yəni müəyyən olunmuşdur ki, Bayatı-Şiraz muğamı VI-VII əsrdən bu günə kimi gəlib çıxmış "İsfahan", sonralar isə "Bayatı-İsfahan" adlandırılan muğamın müasir variantıdır. M.M.Nəvvab "Vüzuhül-ərqam" risaləsində "Bayatı-Şiraz" muğamını şöbə kimi göstərmiş 12 muğamdan beşincisini "İsfahan" adlandırmışdır.
Biz Cənubi Qafqazda iqtisadi və nəqliyyat əlaqələrinin açılması üzrə

"ASAN radio"nun direktoru Emin Musəvi Azərbaycanın Rusiyadakı səf

Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Azərb

İngiltərədə Hollivudun ən gözəl və ən yaraşıqlı aktyoru təyin olunu

İranın "Şəhid Fondu"nun sədri Əmirhüseyn Qazizadə Haşimi fond

Azərbaycana qarşı Qərbin "ikili oyunları" bitmək bilmir. Az önc

"O vaxt deyirdilər ki, filankəsin qızı, gəlini "ətli-canlıdır&

Bakıdakı cəzaçəkmə müəssisələrinin birində ölüm hadisəsi baş veri

Rusiya tərəfi Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaş

Bakıda marşrut xətti üzrə hərəkət edən avtobus ağır qəza törədib.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi bəyan edib ki, "havaya normada

Rusiyalı teleaparıcı və ictimai xadim Kseniya Sobçak məhkəməyə verilib.

Prezident İlham Əliyev iyunun 21-də Özbəkistana dövlət səfəri edib.
