"Şəhid Fondu"nun pulları yeyildi


Dünya 22 İyn 2022 13:40:00 164 0

"Şəhid Fondu"nun pulları yeyildi

İranın "Şəhid Fondu"nun sədri Əmirhüseyn Qazizadə Haşimi fonda bağlı təkcə bir şirkətin 5 trilyon tümən məbləğində pulu mənimsədiyini bildirib.

Son.az bildirir ki, Qazizadə bu barədə "Təsnim" xəbər ajansına açıqlamasında deyib: "Fonda bağlı "Bank Day"-in idarəçilərindən önəmli bir qrup həbs edilib. Hələlik dəyən zərərin və mənimsənən pulların miqdarını bilmirik".

Xatırladaq ki, bundan öncə də "Şəhid Fondu"nda mənimsəmə halları baş verib. 2013-2014-cü illərdə üstü açılan həmin hadisələrdən birində İranın o vaxtkı prezidenti Mahmud Əhmədinejadın yaxın adamının təşkilata sədr təyin olunması narazılıqların artmasına səbəb olmuşdu.