Rusiya bu sahədə üzrə işçi qrupun fəaliyyətini alqışlayır


Siyasət 22 İyn 2022 13:55:00 138 0

Rusiya bu sahədə üzrə işçi qrupun fəaliyyətini alqışlayır

Biz Cənubi Qafqazda iqtisadi və nəqliyyat əlaqələrinin açılması üzrə Azərbaycan, Rusiya və Ermənistan baş nazir müavinlərinin həmsədrliyi ilə üçtərəfli işçi qrupunun fəaliyyətinin aktivləşməsini alqışlayırıq.

Son.az Trend-ə istinadən bildirir ki, bunu Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova brifinq zamanı deyib.

"İyunun 3-də bu qrupun növbəti, onuncu iclası keçirilib. Tərəflər bir sıra məsələlər üzrə mövqelərini daha da yaxınlaşdırıb. Müzakirələr iyunun 16-17-də Peterburq iqtisadi forumu çərçivəsində də davam edib. Rusiya tərəfi bu prosesə kömək göstərməyə davam edəcək", - deyə M.Zaxarova bildirib.