“Mən onlara heç lotu deməzdim” Şuşa həbsxanasının baş həkimi


Digərləri 22 İyn 2022 10:07:00 150 0

“Mən onlara heç lotu deməzdim”  Şuşa həbsxanasının baş həkimi

Son.az xəbər verir ki, "qafqazinfo"nun növbəti təşəbbüsü ilə 30 ildən sonra Şuşaya səfər edən Sabir Süleymanov olub. O, 1982-ci ildən Mədəniyyət paytaxtının işğal olunduğu tarixədək Şuşa həbsxanasının tibb xidmət rəisi vəzifəsində çalışıb, ailəsi ilə birgə uzun müddət bu şəhərdə yaşayıb.

Sabir həkimin Şuşaya ayaq basar-basmaz yollandığı ilk məkan keçmiş iş yeri - 1 saylı Şuşa həbs evi olub. Burada iş otağına da baş çəkən 66 yaşlı həkim, 30 il əvvəlki xatirələri bizimlə bölüşüb, Şuşa həbsxanası ilə bağlı bilinməyən məlumatları dilə gətirib. Bundan başqa, Şuşada açarını qapının üstündə qoyub çıxdığı evini də ziyarət edib.

Hazırda Bakıda Təcili Tibbi Yardım stansiyasında çalışan təcrübəli həkimin 30 ildən sonra doğma Şuşaya qayıdış ilə bağlı hazırladığımız videoreportajı təqdim edirik.