Bu ölkədə "meymunçiçəyi"nə ilk yoluxma halları aşkarlanıb


Dünya 22 İyn 2022 08:59:00 145 0

Bu ölkədə "meymunçiçəyi"nə ilk yoluxma halları aşkarlanıb

Cənubi Koreyada "meymunçiçəyi" xəstələyinə ilk yoluxma halları aşkarlanıb.

Trend xəbər verir ki, bu barədə "Yonhap" agentliyi Xəstəliklərə Nəzarət və Qarşısının Alınması Agentliyinə istinadən məlumat yayıb.

"Çərşənbə axşamı meymunçiçəyinə yoluxma ehtimalı olan iki hadisə aşkar edilib və diaqnostik testlər aparılır", - deyə açıqlamada bildirilir.

Qeyd edilir ki, xəstələrdən biri İnçhon şəhərinin tibb mərkəzinə yerləşdirilib.