Yaşlı qadını avtomobil vurub


Digərləri 22 İyn 2022 08:28:00 155 0

Yaşlı qadını avtomobil vurub

Bakıda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Son.az "report"a istinadən bildirir ki, hadisə Nizami rayonunda qeydə alınıb. Metronun "Neftçilər" stansiyasının yaxınlığında avtomobil yolu keçən 1959-cu il təvəllüdlü Şirinova Rahilə Səmidulla qızını vurub.

Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb.

Fakt araşdırılır.