Bakıda 25 yaşlı gənc oğlanı avtomobil vurub


Digərləri 22 İyn 2022 07:48:00 129 0

Bakıda 25 yaşlı gənc oğlanı avtomobil vurub

Bakıda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Son.az "report"a istinadən bildirir ki, hadisə Nizami rayonunda qeydə alınıb. Avtomobil yolu keçən 1997-ci il təvəllüdlü Hüseynov Hüseynağa Elxan oğlunu vurub.

Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb.

Hadisənin təfərrüatı araşdırılır.