"Ukrayna ordusu tədricən Xersonu azad edir"


Dünya 22 İyn 2022 07:58:00 120 0

"Ukrayna ordusu tədricən Xersonu azad edir"

Ukraynalı müdafiəçilər Luqansk vilayətində müdafiəni gücləndirir və Xerson vilayətini tədricən azad edirlər.

Son.az "report"a istinadən bildirir ki, bu barədə Ukrayna Prezident Volodimir Zelenski axşam müraciətində danışıb.

"Cəbhə xəttində vəziyyət ciddi şəkildə dəyişməyib. Ukrayna ordusu taktiki hərəkətlərin köməyi ilə Luqansk vilayətində müdafiəni gücləndirir. Həqiqətən də orda hazırda vəziyyət daha ağırdır. Ruslara çox ciddi təzyiqlər göstərirlər. Onlara Donetsk istiqamətində, Xarkov vilayətində də təzyiqlər göstərilir", - Prezident bildirib.

Zelenski vurğulayıb ki, Rusiyanın "amansız" və "həyasız" artilleriya atəşi ruslara heç nə verməyəcək, düşmən ordusu istənilən rasionallığa "kardır": "Ruslar sadəcə dağıdır, öldürürlər və bununla da guya yerlərində dayanmadıqlarını komandanlığa göstərirlər".