Rusiyadan təhlükəli addım NATO ölkəsinin hava


Siyasət 21 İyn 2022 23:43:00 141 0

Rusiyadan təhlükəli addım  NATO ölkəsinin hava

Rusiya sərhəd qoşunlarına məxsus helikopter Estoniyanın hava məkanını pozub.

Son.az teleqraf.com-a istinadən bildirir ki, bu barədə Estoniya Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.

Məlumatda bildirilib ki, iyunun 18-də axşam saatlarında Rusiyanın "Mi-8" helikopteri ölkənin cənub-şərqində, Koydula rayonu yaxınlığında Estoniyanın hava məkanını pozub.

Pozuntu iki dəqiqəyə yaxın davam edib və təyyarənin uçuş planı Estoniyanın aidiyyəti orqanları ilə razılaşdırılmayıb. Həmçinin qeyd edilib ki, vertolyotun pilotu Estoniya tərəfi ilə əlaqə saxlamayıb.

Hadisə ilə bağlı Rusiya səfiri Estoniya Xarici İşlər Nazirliyinə (XİN) çağırılıb və ona nota təqdim edilib.

Yanvarın sonunda da Estoniya Baş Qərargahı Rusiya Hərbi Hava Qüvvələrinin təyyarəsini Vayndlo adası yaxınlığında ölkənin hava məkanını pozmaqda ittiham edib. Məlumatına görə, qırıcı bir dəqiqədən az müddətə Estoniya hava məkanında olub.