İlham Əliyev: "Ölkələrimizin və xalqlarımızın təhlükəsizliyi ilə bağlı məsələlər daimi diqqət tələb edir"


Siyasət 21 İyn 2022 22:59:00 125 0

İlham Əliyev: "Ölkələrimizin və xalqlarımızın təhlükəsizliyi ilə bağlı məsələlər daimi diqqət tələb edir"

"Ölkələrimizin və xalqlarımızın təhlükəsizliyi ilə bağlı bütün başqa məsələlər daimi diqqət tələb edir".

Bunları Prezident İlham Əliyev Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyevlə mətbuata birgə bəyanatında deyib.

"Bu gün Bəyannamə imzalandı. Siyasi Bəyannamə mahiyyət etibarilə bizim münasibətlərimizi keyfiyyətcə yeni səviyyəyə çatdırır. Təbii ki, qarşılıqlı dəstək də olacaq - həm mövcud beynəlxalq təşkilatlar çərçivəsində, həm də ölkələrimizin və xalqlarımızın təhlükəsizliyi ilə bağlı bütün başqa məsələlər daimi diqqət tələb edir. Bu da olacaq. Ona görə ki, bundan ötrü siyasi iradə var", - Azərbaycanın dövlət başçısı vurğulayıb.