“Qərb Kiyevi Moskva ilə danışıqlardan geri çəkdi”


Siyasət 21 İyn 2022 23:26:00 152 0

“Qərb Kiyevi Moskva ilə danışıqlardan geri çəkdi”

"Qərb kuratorları Kiyevi böhranın diplomatik yolla nizamlanmasına dair Moskva ilə danışıqlardan geri çəkdilər".

Son.az "qafqazinfo"-ya istinadən xəbər verir ki, bunu ölkənin BMT-dəki daimi nümayəndəsi Vasili Nebenzya təşkilatın Təhlükəsizlik Şurasının iclasında deyib.

"Qərb kuratorları həll yolu tapmaq üçün Kiyev danışıqlar qrupunu diplomatik dialoqdan çıxarıblar. Qərb ölkələri özlərini və bütün dünyanı həll yolunun ancaq Rusiya ilə döyüş meydanında tapıla biləcəyinə inandırmaq üçün bir-biri ilə yarışmağa başladılar", - deyə o qeyd edib.

Bundan əlavə, diplomat Qərb ölkələrini Ukraynada zorakılıq və rusofobiyaya sövq etməkdə ittiham edib:

"Qərbli həmkarlarımız təəssüf ki, birbaşa Ukraynadakı faciə ilə bağlıdırlar. Biz sizin tərəfinizdən Ukraynada əsl zorakılığa və rusofobiyaya təhrik görürük".