Rusiya Britaniyanın məşhur nəşrinin saytına


Siyasət 21 İyn 2022 23:27:00 143 0

Rusiya Britaniyanın məşhur nəşrinin saytına

Rusiyada Britaniyanın "The Telegraph" nəşrinin saytına giriş bloklanıb.

Son.az "qafqazinfo"-ya istinadən xəbər verir ki, Roskomnadzor (RKN) Baş Prokurorluğun tələbi ilə Britaniya nəşrinin saytındakı məqalələrdən birinə giriş məhdudlaşdırıb və buna görə də bu resursa giriş Rusiyada tamamilə əlçatmazdır.

Belə ki, saytda fevralın 23-də Rusiyanın Ukrayna ərazisindəki hərəkətləri ilə bağlı məqalə yerləşdirilib.

Səhifə Baş Prokurorluğun müraciəti əsasında aprelin 22-də Kütləvi iğtişaşlara, ekstremist fəaliyyətə və ictimai əhəmiyyət kəsb edən etibarsız məlumatlara (qondarma saxta) çağırışlar olan saytlara girişin məhdudlaşdırılmasını tənzimləyən "İnformasiya haqqında" Qanunun 15.3. maddəsinə uyğun olaraq bloklanıb.

Sayt "https" şəbəkə protokolundan istifadə etdiyi üçün səhifələrdən birinin bloklanması bütün saytın Rusiya  ərazisində əlçatmazlığına gətirib çıxarıb. Resurs hazırda Rusiyada mövcud deyil.

Qeyd edək ki, bloklanma iyunun 20-dən başlanılıb.