Laçında erməni təxribatının səbəbi...


Siyasət 21 İyn 2022 21:11:00 90 0

Laçında erməni təxribatının səbəbi...

Erməni tərəfi bu günə qədər heç bir hadisəni düzgün deməyib. Ona görə də onlara qətiyyən güvən yoxdur. Statistikaya nəzər salsaq, onların 2022-ci ilin əvvəlindən Kəlbəcər istiqamətində dəfələrlə Azərbaycan ərazisini atəşə tutduğunu görərik. Əslində erməni tərəfi bu təxribatlarla heç nəyə nail olmayacaq. Onlar istəyir ki, gərginlik olsun və delimitasiya və demarkasiya prosesi geciksin, bununla da iki dövlət arasında hər hansı bir razılıq əldə olunmasın.

Son.az teleqraf.com-a istinadən bildirir ki, bu fikirləri hərbi ekspert Üzeyir Cəfərov deyib.

Onun sözlərinə görə, erməni təxribatını iki gün sonra Rusiya Xarici İşlər naziri Sergey Lavrovun Bakıya gəlişi ilə də əlaqələndirmək olar:

"Sanki elə bir görüntü yaradılmağa çalışılır ki, hansısa bir gərginlik var və buna görə belə təxribatlar baş verir. Görüntü yaratmağa çalışırlar ki, rus sülhməramlıları Ermənistan sərhədlərini daha etibarlı qoruyur. Rusiya isə öz növbəsində tərəfləri daha təmkinli və səbirli olmağa çağırır. Bu baxımdan da baş verənlərin sanki bir mərkəzdən idarə edildiyini dəyərləndirmək olar".

Hərbi ekspert Ermənistanın sərhəd xəttində törətdiyi heç bir təxribatın cavabsız qalmadığını söyləyib:

"İndi isə onlar Laçın rayonu istiqamətində təxribatlara əl atır. Əslində Azərbaycan Ordusu üçün bu təxribatların hansı istiqamətdə olmasının heç bir əhəmiyyəti yoxdur. Ordumuz bütün təxribatlara ən ağır formada cavab verir. Qarakilsə rayonu Saybalı ərazisində olan təxribat da yeni məsələ deyil. Bundan əvvəl də Aşağı Şorca istiqamətində onlar daha çox təxribata əl atırdı".

Üzeyir Cəfərova görə, bu təxribatlar Ermənistan ordusundakı başıpozuqluq və başqa qüvvələrin də maraqlarından qaynaqlana bilər:

"Sadəcə olaraq Laçının Minkənd istiqamtində çoxdan idi belə təxribatlara məruz qalmırdı. Eyni zamanda Azərbaycanda ən mötəbər və əhəmiyyətli tarixlər öncəsi Ermənistan tərəfindən bu cür təxribatları müşahidə etmək mümkün olur".