İrəvanda əllər tətikdə: Paşinyan niyə Bakının antiterror əməliyyatını istəyir?


Digərləri 21 İyn 2022 20:37:00 83 0

İrəvanda əllər tətikdə: Paşinyan niyə Bakının antiterror əməliyyatını istəyir?

Son.az yeni müsavat-da dərc olunan məqaləni təqdim edir.

Ermənistanda silahlar işə düşdü. Əslində çoxdan gözlənilirdi, hələ Nikol Paşinyan küçədən hakimiyyətə gəldiyi ilk vaxtlardan. Axı, ondan əvvəl də "silahlı tamaşa"ları seyr etmişdik. Necə deyərlər, fasilə bir az da uzun çəkdi. Neçə vaxt idi ki, İrəvanda daşnakların rəhbərlik etdiyi başıpozuqlar küçə süpürür, cilov gəmirirdilər. Silaha əl atılması an məsələsiydi...

Nəhayət, atəş açıldı, özü də bir-birinin ardınca. Rəsmi məlumata görə, ötən gün ermənilərin "Araqatsotn" kimi əcaib ad qoyduqları qədim türk yurdu Alagözdaban vilayətinin Abaran şəhərindəki silah qarşıdurma zamanı ölən şəxslərdən biri şəhər meri Karen Yeqiazaryanın qohumu Tiqran Arutyunyanındır. Məlumatı Ermənistanın Abaran şəhər administrasiyası da təsdiqləyib.

İyunun 19-da isə Araqatsotnın Niqavan kəndində də hakim "Vətəndaş sazişi" partiyasının üzvlərinin qohumları Ermənistanın baş naziri Nikol Paşinyanı söydükləri üçün bir qrup gənci güllələyiblər. Hakim partiyadan olan deputat Matevos Asatryanın və vilayət qubernatorunun müavini Edqar Pırvanyanın yaxınları gənclərlə mübahisə edib və onlara "Kalaşnikov" avtomatı ilə atəş açıblar.

Həkimlər yaralılardan birinin dünyasını dəyişdiyini, digərlərinin isə "Ermənistan" və "Astqik" tibb mərkəzlərinə yerləşdirildiyini bildiriblər.

Sonradan açıqlandı ki, öldürülənlərdən biri hərbçidir...

Bu haqda daha təfsilatlı bir az sonra...

İndiki məqamda isə zəruri xatırlatmaları diqqətinizə çatdırmaq istərdim. Düz 102 il əvvəl, 1920-ci ilin 19 iyununda erməni milliyətcisi, qatil Aram Yerkanyanın (Ermənistanın Milli Qəhrəmanı) Tiflisdə arxadan açıdığı güllə ilə bir nəfəri qətlə yetirdi. Bu şəxs Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin yaradıcılarından biri və Cümhuriyyətin Xarici İşlər naziri olmuş Fətəli xan Xoyski idi. Eyni gündə ermənilər bir-birini hədəfə aldılar. Vampirlərsayağı bu tayfa qansız yaşaya bilmir, fərqi yoxdur, özününkülərin, ya özgələrin qanı olsun. Ötən onilliklərdə o qədər günahsızın qanını töküblər ki...Andranikin, Dronun, Njdenin sələflərindən və xələflərindən başqa nə gözləyəsən ki? On minlərlə azərbaycanlını soyqırıma məruz qoyanlar 70-ci illərdən başlayaraq, dünya ölkələrində 31 türk diplomatını qətlə yetirdilər. "ASALA" (Erməni gizli ordusu), "Erməni Soyqırımı Ədalət Komandoları", "Erməni İnqilab Ordusu", "MAQ", "Erməni birliyi", "Erməni Azadlıq cəbhəsi" terror təşkilatlarının əməlləri bəs edərdi ki, bu adları yaşatmağa cəhd edənlərə ümumiyyətlə, Yer planeti haram edilsin. Amma dünyada ədalət hardaydı?

Elə erməni terrorizminə və faşizminə adekvat münasibətin olmaması səbəbindəndir ki, Ermənistanın özü də vaxtaşırı qan gölünə dönür. Necə ki, 1999-cu ilin 27 oktyabrında Nairi Hunanyanın rəhbərlik etdiyi 5 silahlı terrorçu ölkə parlamentinə soxularaq baş nazir Vazgen Sarkisyan, spiker Karen Dəmirçyan daxil, 8 nəfəri qətlə yetirmişdi.

Erməni diasporu bir qayda olaraq terrorçu "ixracı" və "istehsalı" ilə məşğul olub fəaliyyəti boyu. Bir sıra hallarda ermənilərdən "maşa" kimi istifadə edənlər anlamayıblar ki, günün birində çatdıqları ocaq onların öz başına da bəlalar gətirəcək...Hətta ermənilərin özləri belə alışıb-yanacaq bu ocaqda. Necə ki, vaxtaşırı müşahidə edirik.

Ermənistanda sadəcə silah tutan əllər və ya rollar dəyişir, mahiyyət yerində qalır onillərdir. Məsələn, 2008-ci ilin fevral ayında Ermənistanda prezident seçkiləri keçirildi və Mərkəzi Seçki Komissiyası namizədlərdən biri olan və hakimiyyətin dəstəklədiyi Serj Sərkisyanın 52,8 faiz səs topladığını, qalib gəldiyini elan etdi. Əsas iddiaçılardan biri, Ermənistanın ilk prezidenti Levon Ter-Petrosyan seçkidə saxtakarlıq olduğunu əsas götürərək elan nəticələri tanımaqdan imtina etdi, martın 1-2-də ölkədə geniş aksiyalar keçirildi. Ordu və polisin silahları işə salması nəticəsində azı 10 nəfər öldü, 230 nəfər yaralandı. Heyrətamiz olanı budur ki, indiyədək günahkarlar cəzasız gəzir. Düzdür, Nikol Paşinyan Ermənistanın baş naziri olandan sonra mart hadisələrinə görə cinayət işi təzələndi, Robert Köçəryan və digərləri məhkəmələrdə süründürüldü, dəfələrlə həbs edildi, buraxıldı. Amma bu gün qatil Köçəryan yenə də küçələrdə sülənir...Belə görünür terrorçunu cəzalandırmaq bu toplumun xislətinə yaddır.

Necə ki, 2016-cı ildə Serj Sərkisyana qarşı qiyam qaldıran "Sasna Tser" terrorçu təşkilatı polis alayını ələ keçirdi, zabitləri qətlə yetirdi, amma sonradan fəalları deputat mandatı ilə mükafatlandırıldı...

Ermənistanın yaxın keçmişində onlarla siyasi kriminal qarşıdurmalar baş verib. Köçəryana "salam Rob" dediyinə görə vətəndaşın döyülərək öldürülməsindən tutmuş, 2020-ci ildə Qarabağ müharibəsində məğlubiyyətdən sonra Ermənistan parlamentinə daxil olmuş, spikeri döymüş, Paşinyanın kabinetinə soxularaq onun pasportunu oğurlamış etirazçılardan birinin sonradan İrəvan körpüsünün altında asılmış vəziyyətdə tapılması kimi "nümunə"lər var erməniçiliyin tarixində.