Siqaret çəkərkən oksigen balonu partladı, öldü


Dünya 21 İyn 2022 20:22:00 109 0

Siqaret çəkərkən oksigen balonu partladı, öldü

ABŞ-ın Pensilvaniya ştatında bir nəfər oksigen kondensatoruna qoşularaq siqaret yandırmaq istəyərək ölüb.

Son.az bildirir ki, bu barədə "İndependent" məlumat yayıb.

Hadisə iyunun 17-də, cümə günü adı açıqlanmayan mərhumun evində baş verib. Kişi oksigen təmin etmək üçün apparata qoşulmuşdu. Lakin bu, amerikalının siqaret çəkməyə cəhd etməsinə mane olmayıb. Polisin bildirdiyinə görə, o, siqaret yandıran zaman oksigen alovlanıb və kişi ağır yaralanıb.

Gələn tibb işçiləri yerindəcə ürək-ağciyər reanimasiyası aparıb və zərərçəkmişi xəstəxanaya çatdırıblar, lakin kişi həkimlərin səyinə baxmayaraq orada dünyasını dəyişib.