Rusiya Ukrayna müharibəsi nə zaman bitəcək? Şərh


Siyasət 21 İyn 2022 18:26:00 119 0

Rusiya Ukrayna müharibəsi nə zaman bitəcək?  Şərh

"Artıq 3 gündən sonra 4 ay tamam olur ki, Rusiya Ukraynaya təcavüz edib".

Son.az bildirir ki, bu sözləri SİA-ya açıqlamasında politoloq Elşad Həsənov deyib.

Onun sözlərinə görə, Ukrayna ərazisinin 20-25%-i Rusiyanın nəzarəti altındadır: "Ancaq buna baxmayaraq Ukrayna Donestk və Luqanskı mütəmadi olaraq atəşə tutur, Xarkovun müəyyən ərazilərini ələ keçirib. Yəni bir sözlə əks hücumlar davam etdirilir. Son vaxtlar NATO Ukraynaya dəstək göstərir. Artıq Ukraynaya raketlər verilib. Bu gün həmin raketlər vasitəsilə Ukrayna Rusiyanın Qaradənizdəki neft buruqlarını darmadağın edib. Bundan əlavə olaraq əldə edilən məlumatlara görə, Odessa vilayətinin Kiliyski rayonu ərazisində yerləşən Zmeynıy adasında Rusiyanın silah-sursatları yerləşdirilib. Ukrayna ordusu tərəfindən həmin anbarlar darmadağın edilib.

Müharibənin tezliklə bitəcəyi gözlənilmir. Nə NATO, nə də ki, Amerika müharibənin tezliklə bitməsini istəmir. Rusiya-Ukrayna arasındakı münaqişənin avqust-sentyabr aylarında daha da şiddətlənəcəyi gözlənilir. Bu münaqişənin ilin sonuna qədər davam edəcəyi gözlənilir. Ancaq müharibənin nə zaman bitəcəyi barəsində dəqiq proqnoz vermək çətindir".