Dünyanın ən varlı adamının oğlu cinsiyyətini dəyişir və atasından imtina edir... RƏZALƏT


Dünya 21 İyn 2022 16:07:00 133 0

Dünyanın ən varlı adamının oğlu cinsiyyətini dəyişir və atasından imtina edir...  RƏZALƏT

Vay o haldan ki, Rusiya imperiyasının həyasız xislətləri ilə Qərbin əxlaqsızlığı birləşə... Təəssüf ki, Azərbaycanın "elitası" sayılan bir sıra oliqarxları da məhz bu hibrid "mədəniyyət"in daşıyıcısıdır..." "Milyarder oğlu Xavyer Mask 18 yaşına çatana qədər gözləyib ki, cinsiyyət dəyişikliyi üçün şəxsən müraciət etsin və ulduz atası ilə münasibətləri kəssin.

Cennifer Lopezin 14 yaşlı qızı özünü qeyri-binar insan hesab edirsə, İlon Maskın oğlu da özünü qadın kimi hiss edir. Bu yaxınlarda Xavyer cinsiyyətinin dəyişdirilməsi ilə bağlı iddia qaldırmağa qərar verib".

Son.az moderator.az-a istinadən xəbər  verir ki, son məlimatlara görə, hələ də dünyanın ən varlı adamı sayılan "Tesla" rəhbərinin oğlunun bu macərası haqda "New York Post" qəzeti yazıb.

Nəşrin məlumatına görə, İlon Maskın ilk evliliyindən olan oğlu aprel ayında 18 yaşı tamam olduqdan sonra  cinsiyyətini dəyişmək üçün müraciət edib.

Beləliklə, oğlan məşhur ata ilə bütün əlaqələri pozmağa çalışır. Üstəlik, milyarderin soyadını atıb anasının soyadını götürməyi planlaşdırır.

"Tvitter"də varisi İlon Maskın müvafiq sənədlərinin skrinşotu peyda olub. Xavyer onları Los-Anjeles dairəsinə təqdim edib.

"Mən uzun müddətdir ki, bioloji atamla yaşamıram və onunla heç bir əlaqədə olmaq istəmirəm", - deyə Xavyer izah edib.

İndi oğlan Vivian Cenna Uilson adlanmaq və "qadın kimi tanınmaq" istəyir.