İbrahim Tatlısəs oğlu barədə: “Güllələndiyim gün kassamı boşaltdı” VİDEO FOTO


Şou-biznes 21 İyn 2022 15:45:00 136 0

İbrahim Tatlısəs oğlu barədə: “Güllələndiyim gün kassamı boşaltdı”  VİDEO  FOTO

Məşhur türkiyəli müğənni İbrahim Tatlısəs keçmiş həyat yoldaşı Adalet Sara və uzun müddətdir münasibətləri pis olan oğlu Ahmet haqqında səs-küylü açıqlama verib.

"Son.az oxu.az-a istinadən xəbər verir ki, hər şey məşhur müğənninin Beynəlxalq Atalar Günü münasibətilə sosial media hesabından "Ata candır, ata qədri bilməyənlər isə axmaq oğlu axmaqdır" paylaşımı ilə başlayıb.

Bundan bir müddət əvvəl isə İ.Tatlısəs paylaşımında Ahmetdən başqa bütün uşaqlarından bəhs etmişdi.

Bundan sonra ifaçının birinci xanımı Adalet Sara ona cavab yazıb:

"Bu gün Atalar Günü imiş. Hansı ataların günü mübarək olsun?.. Anadan yetiminə ana olana, öz mənfəətinə, yadlara övladını fəda etməyənlərin! Qız-oğlan, ögey-doğma ayrıseçkiliyi etmədən sevgisini pay edənlərin... "Namus davası" deyə anasına, qızına, arvadına həyatı zindan etməyənlərin! Övladının dərdləri ilə dərdlənən, xoşbəxtliyi ilə xoşbəxt olanların. Özü rifah içində, övladı bədbəxtliklə yaşamayanların... ", - deyə, o yazıb.

Bundan sonra İbrahim Tatlısəs Bəyaz TV-də "Bəyaz Maqazin" verilişinin canlı yayımına qoşulub. Onun sözlərinə görə 45 ildir ayrılmalarına baxmayaraq bütün bu müddətdə keçmiş xanımına hər ay pul ödəyib. Oğlu isə ona verilən yeddi dükanı batırıb.

"Xəyanətə uğramışam, xəyanətə. Mən güllələndim, birbaşa şirkətə gedib kassamı boşaltdı. Niyə başqa uşaqlarım deyil, o bunu edir?.." - deyə İ.Tatlısəs əlavə edib.