KOBİA və Özbəkistanın Sahibkarlığın İnkişafı Agentliyi arasında görüş keçirilib


Digərləri 21 İyn 2022 14:45:00 127 0

KOBİA və Özbəkistanın Sahibkarlığın İnkişafı Agentliyi arasında görüş keçirilib

Özbəkistana işgüzar səfər çərçivəsində Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov bu ölkənin iqtisadi inkişaf və yoxsulluğun azaldılması nazirinin müavini, Sahibkarlığın İnkişafı Agentliyinin direktoru M.M.Ubaydullayev ilə görüşüb.

Agentlikdən Son.az-a verilən məlumata görə, görüşdə ölkəmizdə KOB-lara göstərilən dəstək, KOBİA-nın fəaliyyəti barədə məlumat verilib, gələcək əməkdaşlıq imkanlarına dair fikir mübadiləsi aparılıb.