Azərbaycan xalq artistinin xanımının NyuYorkdakı dəbdəbəli mənzili əlindən alınıb?


Şou-biznes 21 İyn 2022 14:00:00 133 0

Azərbaycan xalq artistinin xanımının NyuYorkdakı dəbdəbəli mənzili əlindən alınıb?

Ukraynadakı hərbi əməliyyatların fonunda bir çox ləğvlərlə üzləşən Rusiyanın Xalq artisti Anna Netrebkonın Nyu-Yorkdakı dəbdəbəli daşınmaz əmlakı əlindən çıxıb.

Son.az axşam.az-a istinadən xəbər verir ki, Netrebko instaqram hesabında hazırda həyat yoldaşı, Xalq artisti Yusif Eyvazov və oğlu Tyaqo ilə birlikdə yaşadığı Vyanadakı mənzilin fotosunu paylaşıb. İzləyicilərdən biri ifaçının həm Nyu-Yorkdakı, həm də bu mənzilinin interyerini bəyəndiyini bildirib.

Netrebko isə cavabında "Nyu-Yorkdakı mənzil artıq yoxdur..." şərhini yazıb. O, bunun hansı səbəbdən baş verdiyini açıqlamayıb. İzləyicilər bunun anti-Rusiya sanksiyaları və ya müqavilələrə xitam verilməsi səbəbindən yaranan maliyyə çətinlikləri ucbatından olduğunu ehtimal edir.

Xatırladaq ki, sahəsi təxminən 170 kvadratmetr olan Manhettendəki mənzilləri müğənni 2010-cu ildə keçmiş əri, uruqvaylı opera müğənnisi Ervin Şrottla birlikdə alıb. Bu alış cütlüyə təxminən 2,5 milyon dollara (4,2 milyon manatdan çox) başa gəlib. 

Qeyd edək ki, Netrebko uzun müddət Ukraynadakı vəziyyətlə bağlı şərh vermədiyinə görə, çalışdığı bir çox məşhur teatrla yollarını ayırmalı olub. O, fikrini bildirdikdən sonra Novosibirsk Opera Teatrı onunla əməkdaşlığı dayandırıb. Bundan sonra o, karyerasında fasilə verərək səyahətə yollanıb. İfaçı "Zeit" nəşrinə müsahibəsində Rusiyaya qastrol səfərinə qayıtmaq fikri olmadığını bildirib.