Bakıda ana övladına görə özünü 7ci mərtəbədən atdı


Digərləri 21 İyn 2022 14:22:00 117 0

Bakıda ana övladına görə özünü 7ci mərtəbədən atdı

Bakıda 2 yaşlı uşaq 7-ci mərtəbədən yıxılıb. Həmin an ana da orada olub və hadisəyə müdaxilə etməyə çalışıb.

Son.az Xəzər TV-yə istinadən xəbər verir ki, hadisə paytaxtın Nizami rayonu, Qara Qarayev prospekti 116 ünvanında qeydə alınıb.

Şahidlərin sözlərinə görə, uşaq 7-ci mərtəbədəki mənzilin pəncərəsindən 6-cı mərtəbədəki mənzilin eyvanına düşüb. 6-cı mərtəbədə yerləşən mənzildə isə yaşayış olmayıb.

Binanın 7-ci mərtəbəsində yaşayan 27 yaşlı Rövşanə Umalatova və oğlu 2 yaşlı Tamerlan Umalatov dərhal 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdiriliblər.

Mərkəzin mətbuat katibi Elnur Hidayətoğlu "Xəzər Xəbər"ə bildirdi ki, hər iki şəxsə ilkin tibbi yardım göstərilib, həyatları üçün hər hansı təhlükə yoxdur. Körpədə ümumi səthi travmalar aşkarlanıb. O, dərhal ultrasəs müayinəsi edilib və hər hansı daxili zədələr aşkarlanmayıb. Anada isə müəyyən əzik və kiçik travmalar müşahidə olunub.

Faktla bağlı Nizami Rayon Prokurorluğunda araşdırma aparılır.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik: